08 Apr 2021
10:00
![]() |
08
Apr 10:00
![]() Türkiyə Superliqası: "Beşiktaş" qazandığı qələbə sayəsində turnir cədvəlində liderliyini qoruyub Aprelin 7-də futbol üzrə Türkiyə çempionatının XXXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Alanyaspor”u qəbul edib XeberOxu.Az-ın məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqların qapısından üç cavabsız top keçirib. Oyunda vurulan qolların müəllifləri Cenk Tosun, Raçid Qezzal və Georges Kevin Nkoudou olub. Günün digər matçlarında isə "Sivasspor" səfərdə "Antalyaspor"u 4:2 hesabı ilə udub. "Gənclərbirliyi" - "Ərzurumspor" və "Konyaspor" - "Ankaragücü" matçları 1:1 hesablı bərabərliklə başa çatıb. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 67 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 62 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray" qərarlaşıb. Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXIII turda “Qalatasaray” istirahət edib. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
İmişlidə 26 yaşlı gənc intihar etdi
Abşeronda avtomobil piyadanı vurdu
Bakıda 43 yaşlı kişi bıçaqlandı
Bakıda özünü dənizə atan şəxs xilas edilib
|
|