Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
08:45
153

08
Noy
08:45



Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

Ölkəmizə səfərə gəlmiş Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin və onun 1 saylı DOST mərkəzinin fəaliyyəti ilə tanış olublar.

ƏƏSMN-dən XeberOxu.Az-a verilən məlumata görə, nümayəndə heyəti Agentliyin fəaliyyətini, DOST mərkəzdə əhaliyə göstərilən xidmətləri nəzərdən keçiriblər. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri, burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.

Qardaş ölkənin nümayəndə heyəti Mərkəzdə şahidi olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəssüratlarını ifadə ediblər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az