Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
21:02
867

17
Iyul
21:02



Türkiyədə Qara dəniz və Xəzəryanı ölkələrin növbəti karate çempionatı keçiriləcək

Avqustun 23-25-də Türkiyənin Rizə şəhərində uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında Qaradəniz və Xəzər dənizi ətrafı ölkələrin növbəti karate çempionatı keçiriləcək.

Azərbaycan Milli Karate Federasiyasından XeberOxu.az-a verilən məlumata görə, əsasnaməyə görə 7, 8 və 9 yaşlı idmançılar yalnız fərdi və komanda kata yarışlarında çıxış edəcək. Rizə Kapalı Spor Salonunda yarışda 10 yaşdan yuxarı idmançılar isə həm fərdi kata və kumite, həm də komanda kata və kumite yarışlarında mübarizə aparacaqlar.

Rəhbəri Azərbaycan Milli Karate Federasiyasının prezidenti olan Qaradəniz və Xəzər dənizi ətrafı ölkələr Karate Federasiyaları təşkilatının birgə keçirdiyi yarış son üç ildə iki dəfə Sumqayıt və Bakıda olub. Bu təşkilata, Dünya Karate Federasiyasına (WKF) daxil olan Azərbaycanla birgə region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan karate federasiyaları daxildir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az