Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
14:45
196

14
Yan
14:45



Türkiyədə qadağan olunan "Dormofol" dərmanı Azərbaycana idxal olunmur - Nazirlik

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Türkiyə Respublikasında geriçağırılmış "Dormofol" dərman vasitəsi barədə açıqlama verib.

Nazirlikdən XeberOxu.Az-a  verilən məlumatda bildirilir ki, Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Respublikasının Səhiyyə Nazirliyini hərəkətə keçirib və Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsir edici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

"İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmamış və Azərbaycan Respublikasına idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir", - deyə məlumatda bildirilir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







General Vilayət Eyvazova hesabat verdi







ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li Litzenberger







Bakıda qəza - Yük avtomobili dairəyə girdi -FOTO







Bərdə rayonuna yeni prokuror təyin edilib


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.