30 Iyun
2020
08:06
1249

30
Iyun
08:06



Türkiyənin Avstriyadakı səfirliyi Vyanada PKK tərəfdarlarının nümayişinə sərt etirazını bildirib

PKK terror təşkilatının və tərəfdar qrupların ötən həftə Vyanada təşkil etdiyi nümayişlər və Avstriya hökumətinin bu vəziyyətə münasibəti Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən etirazla qarşılanıb.

 XeberOxu.Az-ın məlumatına görə,  səfirlik Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatını da yayımlayıb. Bəyanatda bildirilir ki, Vyanada PKK terror təşkilatı və onun tərəfdarları tərəfindən bir neçə gün ərzində aksiyaların keçirilməsi terrora qarşı mübarizəyə göstərilən qeyri-səmimiliyin növbəti təzahürüdür.

Avstriya rəsmi qurumlarının bu aksiyalara icazə verməsi Türkiyə tərəfinin yaydığı bəyanatda tənqid olunub: “Bu aksiyalar vasitəsilə PKK terror təşkilatının təbliğatına icazə verilməsi, terror təşkilatının simvollarının istifadəsinə göz yumulması və ölkəmizin hədəfə alınması əsla qəbul edilə bilməz”.

Xüsusilə vurğulanıb ki, Türkiyənin sərhədləri daxilində və xaricdə terrora qarşı qətiyyətli mübarizədə əldə etdiyi konkret nəticələrin önəmi bu mənzərə qarşısında daha aydın anlaşılır. Türkiyənin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ağır vəziyyətə düşən PKK-ya dəstək vermək üçün edilən bu səylər nəticəsiz qalacaq.

Bəyanatda Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq tanınan PKK ilə mübarizə aparılması və mövzunun populist siyasət üçün alətə çevrilməməsi barədə Avstriyanın rəsmi qurumlarına çağırış edilib. Qeyd edilib ki, PKK-ya bağlı qrupların Vyanadakı nümayişləri və Avstriya təhlükəsizlik qüvvələrinin türk gənclərinə qarşı güc tətbiqi barədə narahatlığı ifadə etmək üçün Avstriyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılacaq.

 


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq







Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi







Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - RƏSMİ







Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.