Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
17:23
981

06
Sen
17:23



UNEC-də yenilik: distant formada “Tyutor hazırlığı”

UNEC-də distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı tamamlandı.

Universitetdən Xeberoxu.Az-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov kursu uğurla bitirən məzunlarla goruşüb.

Tədrisin təşkilində və keyfiyyətinin artırılmasında tyutorların vacib rol oynadıqlarını bildirən rektor, distant təhsil formasının əhəmiyyətindən söz açaraq, bildirib ki, proqramın əsas məqsədi Azərbaycan Respublikasının təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələblərini dərindən bilən, tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanması və UNEC-də tyutor bazasının formalaşdırılmasıdır.

Rektor distant təhsili gələcəyin kütləvi ali təhsil forması kimi gördüyünü vurğulayıb. Müasir tələblərə cavab verən, yüksək maddi-texniki bazaya malik olan UNEC Eksterndə müxtəlif istiqamətlər üzrə distant təhsilin davam etdiriləcəyini bildirib.

Proqramı uğurla başa vuran məzunlar 3 aylıq tədris müddətində təcrübəli ekspertlər tərəfindən tyutorluq sahəsində nəzəri biliklərlə yanaşı, praktiki təcrübə də qazandıqlarını bildiriblər. Proqrama UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrindən də qatılan əməkdaşlar UNEC Eksternin imkanlarını yüksək qiymətləndirərək burada əldə etdikləri bilik və bacarıqların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd ediblər.

Sonda rektor, professor Ədalət Muradov proqramı müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatları təqdim edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az