XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
 
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ   RU     



24 Noy
2022
16:41
149
24
Noy
16:41



Ukrayna Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti Andriy Pavelko dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

Xeberoxu.Az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna polisi çərşənbə axşamı Pavelkoya onun vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamı ilə prokurorluğa çağırıldığına dair sənəd təqdim edib.

İttiham Birləşmiş Ərəb Əmirliklərində UAF-nin SDT-yə həddindən artıq ödəmələri ilə bağlı 4 illik istintaqın bir hissəsidir.

SDT Ukraynanın ilk süni ot örtüyü istehsalı müəssisəsinin yaradılması üçün UAF ilə işləyirdi. Pavelkonun bu şirkət vasitəsilə pulları yuduğu iddia edilib.

UAF-nin vəkili Denis Buqay, SDT-nin artıq ödənildiyini təsdiqləyərək, bu pulun sonradan UAF tərəfindən geri alındığını bildirib.

O, 2015-ci ildən UAF rəhbəri olan Pavelkoya qarşı ittihamların həqiqətə uyğun olmadığını müdafiə edib.

UAF-dan verilən açıqlamada, iddialarla bağlı əvvəlki araşdırmada Pavelkonun təqsirli olmadığı bəyan edilib.


Xeberoxu.az

Məqalə:  
ANDROID əməliyyat sistemli smartfonlar
Bizimlə əlaqə saxlayın







Digər Dünya xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.