XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



22 Okt
2021
12:45
1894
22
Okt
12:45



Vəkil Rövşən Əkbərova bəraət istədi

Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberoxu.Az-ın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov bildirib ki, Rövşən Əkbərov barəsində bəraət hökmünün çıxırılmasını tələb edib: "Rövşən Əkbərovun bu cinayətə adiyyəti yoxdur".

R.Əkbərovun digər vəkili çıxışa hazır olmadığını deyib. Bu səbəbdən məhkəmə prosesində oktyabrın 27-ə qədər fasilə elan edilib.

Məhrumun anası Səmayə Əliyeva məhkəmə bitəndən sonra vəkilin çıxışına etiraz edib. O bildirib ki, oğlunu Rövşən Əkbərov öldürüb.

R.Əkbərov isə Səmayə Əliyevaya Elçin Əliyevi öldürmədiyini deyib: "Bunu mən etməmişəm. Siz bu işi yaxşı araşdırın. Kiminsə sözü ilə məni günahlandırmayın".

Xatırladaq ki, ötən prosesdə prokuror R. Əkbərova 11 il cəza istəmişdi.

İttihama görə, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Rövşən Əkbərov Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.

Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib








Şamaxıda qadını şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək qızıllarını alan şəxs tutulub








Şirvanda sürücü polisə müqavimət göstərərək qaçıb








Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb - VİDEO



Digər Kriminal xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.