Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
09:00
969

13
Iyul
09:00



Vətəndaşa qarşı polis təzyiqi nümayiş etdirilən videogörüntülər montajdır

Bakı şəhər Baş Polis İdarəsi paytaxtda polisin vətəndaşa qarşı təzyiq etməsi ilə bağlı yayllan videomateriala münasibət bildirib.

İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev XeberOxu.az-a bildirib ki, sosial şəbəkələrdə Bakı şəhərində vətəndaşa qarşı polis təzyiqi nümayiş etdirilən videogörüntülər yayılıb. İki hissədən ibarət olan, lakin ustalıqla montaj olunan vidogörüntülərin ikinci hissəsi bu gün günorta saatlarında 20 Yanvar dairəsində çəkilib.

Elşad Hacıyev bildirib ki, görüntülərin birinci hissəsi daha əvvəlki illərdə aid olsa da məqsədli olaraq, səs görüntüyə uyğunlaşdırılmaqla “polis zorakılığı” təsəvvürü yaradılıb.

Məlumatda vurğulanıb ki, görüntülərin həqiqiliyi yoxlanılıb, orda iddia edilən hallar təsdiqini tapmayıb: “Aparılan araşdırma zamanı müəyyən olunub ki, polisin ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Qaradağ rayonu, Ələt qəsəbə sakini 1998-ci il təvəllüdlü Emin Gənciyev bölməyə dəvət olunaraq, əməlinin hüquqazidd olması ona izah edilib, barəsində inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb. E.Gənciyə polis tərfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, o buna məhəl qoymayıb, piyada və avtomobil yollarının hərəkət hissəsində qanunsuz əməllərini davam etdirib.”

E.Hacıyev əlavə edib ki, hər bir paytaxt sakini şəhər təsərüfatının, eləcə də ictimai qaydanın normalarına əməl etməli, neqativ təzahürlərə qarşı polisin qanuni tələblərinə həssas yanaşmalıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az