Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








05 Dek
2018
08:55
717



Veteran jurnalistə Mətbuat Şurasının diplomu verilib (FOTO)

Bu gün Mətbuat Şurasında Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Zöhrab Zeynallı ilə görüş keçirilib.

Şuradan XeberOxu.Az-a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 80 yaşı tamam olmuş yubiliyar yazarı təbrik edib, ona möhkəm cansağlığı, bilik və təcrübəsini gənc nəslə öyrətmək işində uğurlar arzulayıb. MŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə və anadan olmasının 80 illiyi münasibətilə layiq görüldüyü Azərbaycan Mətbuat Şurasının yubiley diplomunu Zöhrab Zeynallıya təqdim edib. Həmkarımıza Ahıl Jurnalist Məclisinin xatirə hədiyyəsi də verilib.Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə qocaman jurnalistin gənclər üçün örnək olan ömür yolundan söz açaraq bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini 56 il əvvəl bitirmiş həmkarımız peşə fəaliyyətinə nüfuzlu “Elm” nəşriyyatında başlayıb, az sonra Azərbaycan Dövlət Teleradiosuna dəvət edilib. Burada o, ölkənin ilk ədəbi-bədii və informasiyalı radio yayımı “Araz” proqramının yaradıcılarından olub. Sonrakı illərdə Zöhrab müəllim Azərbaycan Radiosunda şöbə müdiri, baş redaktor və proqram direktoru vəzifələrində çalışıb, ömrünün yarım əsrə yaxınını radiojurnalistikaya həsr edib. O, Moskvada İctimai Elmlər Akademiyasını bitirmiş bir neçə Azərbaycan jurnalistindən biri olub. Zöhrab Zeynallı bu gün də yaradıcılığını və ictimai fəaliyyətini davam etdirir.

Çay süfrəsi arxasında davam edən söhbətdə yubiliyar göstərilən diqqətə görə razılığını bildirib, ömür yolundan maraqlı epizodlar danışıb.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Media xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]