23 May
2020
10:51
2593

23
May
10:51



Videokonfrans: Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media

Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi. Ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşır: Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?

XeberOxu.Az-ın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 22 may tarixində “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransın 1-ci panelində ekologiya və turizm sahəsi ilə bağlı bir çox vacib məqamlara toxunulub.

Onlayn konfransda YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Gəncə şəhər İHB-nin birinci müavini Səməd Tomuyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev, Türkiyənin tanınmış Haber Global xəbər kanalının rəhbəri Məmməd Gülməmmədov, Yoga Shahi Mərkəzinin təsisçisi Sabina Shahi və Selcuk Universitetinin Turizm fakültəsinin dekanı Necmi Uyanık iştirak edib.

Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olduğundan, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzüsuna çevrilib.

Onlayn konfransda iqtisadi böhranın, koronavirus pandemiyasının ekologiyaya, ətraf mühitə və turizmə təsirlərinə də nəzər salınıb, tövsiyələr dinlənilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, videokonfransın 23 may-da davam edəcək 2-ci panelində postpandemiya dövründə təhsil və media mövzusuna toxunulacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Dəniz səfirlərinin video konfransı keçirilib







DİM onlayn imtahanların keçirilməsi üçün xüsusi proqram hazırladı







Mütəxəssis: "Koronavirus xəstəliyi yoxdur" deyənlər cahil insanlardır







Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq


Digər Gündəm xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.