Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər



13 Yan
2021
11:46
606
13
Yan
11:46



Xaçmazda qanunsuz nərə və qızıl balıq ovlayan şəxs saxlanılıb -VİDEO

Xaçmazda qanunsuz olaraq nərə və qızıl balıq ovlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar xidməti ərazidə qurulmuş müvəqqəti stasionar postda xidmət aparan zaman taksi fəaliyyəti ilə məşğul olan Atamoğlan Əzizovun idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücü və nəqliyyat vasitəsində sərnişin qismində əyləşən Fərrux Ağayevin sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman isə oradan Fərrux Ağayevə məxsus qanunla ovlanması qadağan edilmiş iki ədəd nərə, bir ədəd qızıl balıq, müxtəlif sayda və çəkidə digər balıq növləri, eləcə də ov üçün istifadə olunan balıq torları aşkar edilib.

F.Ağayev maddi sübutlarla birlikdə qanunvericiliyə uyğun olaraq RPŞ-nə gətirilib. İlkin dindirilmə zamanı o, balıq məmulatlarının və torların ona məxsus olduğunu etiraf edib.

Faktla əlaqədar Xaçmaz RPŞ-də istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb







Göyçayda 5 otaqlı ev yanıb







Bakıda bir nəfər köməksiz qaldı







Bakıda mansarda tipli ev yanıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.