# EVDƏQAL
# EVDƏQAL



26 Mart
2020
16:18
796

26
Mart
16:18



Xalq artisti: Bütün günü çayxanalarda vaxt keçirənlər evdə oturub ailələri ilə maraqlansalar, yaxşı olar

Koronavirus bəşəriyyət üçün elan olunmuş təhlükəli virusdur.

Xeberoxu.az-ın məlumatına görə,bunu  açıqlamasında Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor Əli Nur deyib.

O qeyd edib ki, ən inkişaf etmiş dövlətlər bu virusun qarşısında acizdir:

"Bu virus böyük-kiçik, qoca-cavan, qadın-uşaqdan asılı olmayaraq hamı üçün real təhlükədir. İnsanlar böyük bir fəlakətə düçar olublar. Bu bəlanın qarşısını almaq üçün bütün dövlətlər, dövlət rəhbərləri, ziyalılar, alimlər, bir sözlə bütün şüurlu insanlar səfərbər olublar. Hələ ki bu virusun qarşısını almaqda çətinlik çəkirlər. Azərbaycan dövləti, başda cənab Prezident İlham Əliyev olmaqla, bütün rəhbər şəxslər insanların bu bəladan qorunması üçün bütün lazımi tədbirlər görür, insanları qorumağa çalışırlar. Cənab Prezident xalqa müraciətlər edir, insanları müəyyən təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Bu qaydalara əməl etmək vacibdir".

Xalq artisti insanları bu bəladan qurtarmaq üçün evdə oturmağı, özünü təcrid etməyi tövsiyə edib:

"Mən burdan vətəndaşlarımıza səslənirəm ki, vacib olmadığı halda evdən çıxmayın, özünüzü, ailənizi qoruyun. Bəziləri evdə oturmaqdan darıxdıqlarını deyirlər. Onlar bilməlidirlər ki, evdə oturmaqla özü və ailəsinə nə qədər fayda verir. Kompüter, mobil telefon əsri başlayandan insanlar kitab oxumaqdan yayınıb. Bu da insanların zehnini zəiflədib. Bu evdə oturan şəxslərin beyinlərini inkişaf etdirmək üçün bir şansdır. Bundan başqa, bütün günü çayxanalarda, kafelərdə, parklarda vaxtlarını keçirən insanlar evdə oturub ailələri ilə maraqlansa, daha səmərəli iş görmüş olarlar. Evinizdəki yaşlı insanları qoruyun, onlara qayğı göstərin. Bunun üçün Azərbaycan dövləti də bizə hər cür şərait yaradıb. Evdə qalan yaşlı insanlara xüsusi qayğı göstərilir, təqaüdləri, maaşları vaxtında verilir. Dövlət bunu sizin üçün edirsə, siz də özünüzün, ailənizin, yaxınlarınızın təhlükəsizliyi üçün evdə oturun, küçələrə çıxmayın".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.