Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



22 Noy
2020
02:00
1601
22
Noy
02:00



YAP-28: YALNIZ QƏLƏBƏLƏRƏ LAYİQ OLAN XALQIN PARTİYASI!

Azərbaycan dövləti və xalqı tükənməz sevinc və qələbə hissini yaşayır – məhz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və rəhbərliyi altında Qarabağımız mənfur düşmən işğalından azad olunub. 44 günlük savaş, 44 günlük qəhrəmanlıq salnaməsi bütün düynaya Azərbaycan Ordusunun qüdrətini, xalq-hakimiyyət vəhdətini nümayiş etdirdi. Eyni ruhda – qələbə ruhunda birləşən Azərbaycan xalqına, Azərbaycan əsgər və zabitinə düşmən üzərində qazanılmış bu qələbə sevincini yaşadan əsas şəxsiyyət - Böyük Sərkərdə İlham Heydər oğlu Əliyev oldu. Çünki ötən 17 il ərzində məhz Onun apardığı yorulmaz fəaliyyət sayəsində güclü iqtisadiyyat və qüdrətli ordu tandemi yarandı.

Dövləyçiliyimizin qorunub-saxlanılmasında, müstəqilliyimizin bərpasında əsas rolu və vəzifəni yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan YAP icra edib – müəyyən olunmuş tarixi konsepsiyası, ümummilli baxışları ilə

Eyni zamanda, fərəhləndiricidir ki, cənab Prezident İlham Əliyev həm də bu il 28-ci ildönümünü qeyd edən və ümumxalq partiyası olaraq tarix yazan Yeni Azərbaycan Partiyasının Sədridir. Bu qələbə payında YAP-ın da yer alması, əlbəttə ki, 27 ildə əldə edilən qələbələrin ən əsası, ən mühümü və ən əhəmiyyətlisidir. Çünki dövləyçiliyimizin qorunub-saxlanılmasında, müstəqilliyimizin bərpasında əsas rolu və vəzifəni yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan YAP icra edib – müəyyən olunmuş tarixi konsepsiyası, ümummilli baxışları ilə.

YAP-ın keçdiyi keşməkeşli yollarına nəzər salarkən, həmin tarixləri bir daha xatırlamamaq, ölkəmizin hansı əzab-əziyyətlərdən keçməsini təhlil etməmək olmur. Belə ki, partiyamızın keçdiyi 28 illik şərəfli yol yüz minlərlə insanı ətrafında birləşdirən, tərəfdarlarının sayı 1 milyonu ötən partiyanın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin ölkəmizin siyasi tarixində əlahiddə hadisə kimi səciyyələnir. O cümlədən, YAP Azərbaycanın üzləşdiyi böhran və fəlakət, xalqın sabaha olan ümidlərinin demək olar ki, qırılmağa başladığı bir dövrdə meydana gəldi, xilaskarlıq missiyası kimi məsuliyyəti daşıyan partiya olaraq Lideri ilə önə çıxdı. Həmin ərəfələrdə ermənilərin Qarabağda başladıqları işğalçılıq siyasəti, ittifaq rəhbərliyinin antiazərbaycan mövqeyi daha acınacaqlı nəticələrlə - respublika başçılarının öz millətinə qarşı xəyanətkar münasibəti ilə davam etdirilirdi.

Hədəf də, istinadgah da xalqın nəzərində çoxdan müəyyənləşmişdi

Bu da azmış kimi, 1990-cı illərin əvvəllərində və dövlət müstəqilliyi qazanıldıqdan sonra yaranan bəzi partiyalar isə ölkəni ağır iqtisadi və siyasi böhrandan nəinki qurtara bilmədilər, əksinə, vəziyyəti daha da ağırlaşdıraraq daha təhlükəli böhran vəziyyətinə çatdırdılar. Həmçinin, “millət”, “dövlətçilik” pərdəsi altında anormal idarəetmə metodu ölkədaxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Nə xarici siyasət doğru aparılır, nə də hakimiyyətdaxili intriqalar sona çatırdı. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan kütləvi xaos, qarşısıalınmaz parçalanma dövlətin məhvini reallaşdırmaq üzrə idi. Xüsusilə, Qarabağ cəbhəsində mövcud olan ağrılı nəticələri baş-başa qoyan, silahlı müdaxilə ilə hakimiyyətə çatan AXC-Müsavat iqtidarının fəaliyyəti Azərbaycan vətəndaşını təlaşlandırır, narahat edirdi. Əbəs deyil ki, sözügedən hakimiyyətin ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaranmışdı. Artıq hədəf də, istinadgah da xalqın nəzərində çoxdan müəyyənləşmişdi: Böyük dövlət xadimi Heydər Əliyev dühasına həyati ehtiyac yaranmışdı. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış Lideri Heydər Əliyevin ətrafında birləşdilər.

Xalqın, dövlətin xilasına və gələcəyinə şərəf amili, qələbə və zəfər gerçəkliyi, yenilməzlik qüruru yazan o tarixi günü bir daha xatırlayaq: Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək, Ümummilli Lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda Ulu Öndər Heydər Əliyev yeni yaranan partiyanın əsas məqsəd və vəzifələrini, bu partiyanı digər təşkilatlardan fərqləndirəcək xüsusiyyətləri izah etdi, hər bir partiya üzvünün qarşısında dayanan vəzifəni müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs YAP-ın əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilərdi!

Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın 28 il əvvəlki və mövcüd həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatına yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı.

YAP-ın ölkədəki digər çoxsaylı siyasi təşkilatlardan əsas fərqlərindən biri də bu idi ki, partiya müxalifət siyasi təşkilatı kimi yaransa da indiki bəzi müxalifət partiyalarından fərqli olaraq, Azərbaycan dövlətçiliyinə, milli maraqlara müxalifətdə deyildi. Yeni Azərbaycan Partiyası o zamankı iqtidara müxalifətdə olmuşdu, çünki bütün Azərbaycan xalqı o dövrdə ölkəni təhlükəli həddə çatdıran iqtidara müxalifətdə idi. Ona görə də sonrakı illərdə özlərini “insan hüquqlarının müdafiəçiləri”, “azadlıq aşiqləri”, “demokratiya carçıları” adlandıran o zamankı məlum iqtidar nümayəndələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı bir partiyanın yaranmasından və bütün Azərbaycanda sürətlə təşkilatlanmasından hədsiz qorxuya düşmüşdülər. Xalqın Heydər Əliyevin zəkasına, idarəçilik qabiliyyətinə, müdrikliyinə olan inamı, bu partiyanın çox tezliklə milyonların partiyasına çevriləcəyinə heç bir şübhə yeri qoymurdu. Məhz bu reallıq o dövrkü səriştəsiz rəhbərliyi qane etmirdi və öz hakimiyyətlərini qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edərək YAP-ın təşkilatlanmasına maneçiliklər törətməyə çalışırdılar. Lakin o dövrün hakimiyyət dairələrinin yaratdığı əngəllər, əsassız təzyiqlər bu yola qədəm qoyan insanların əzmini və iradəsini qıra bilmədi. Respublikanın ən ucqar dağ kəndlərində belə partiyanın yaranması xəbərini eşidən sadə əmək adamları, bütün ziyalılar Heydər Əliyevin yenidən siyasət meydanına qayıtmasını böyük ruh yüksəkliyi ilə qarşılayırdılar.

Xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev üzərinə götürə bilər

Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gəlmiş, bu təşkilat vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmişdir. Həmçinin, YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirirdi. Ulu Öndərin həyata keçirdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin Yeni Azərbaycan Partiyasına sürətli axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdı.

Bir-birinin ardınca respublikamızın rayon və bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının təsis konfransları keçirildi. Cəmi bir il ərzində Azərbaycanın 67 rayon və şəhərində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları, 1500-ə qədər kənd və qəsəbə ilk təşkilatları yarandı.

Digər tərəfdən, YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz dahi şəxsiyyət Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənmişdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu bəlalardan qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. Yeni Azərbaycan Partiyasının yaranmasından cəmi 6 ay sonra Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə dönüşünün kökündə dayanan əsas həqiqət Azərbaycan xalqının fəlakətlərdən xilas olmaq ümidlərini, gələcəklə bağlı arzularını Heydər Əliyevlə və Yeni Azərbaycan Partiyası ilə bağlamaq arzusu idi. Xalq yaxşı bilirdi ki, xilaskarlıq missiyasını yalnız təkrarsız şəxsiyyət Heydər Əliyev öz üzərinə götürə bilər.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevə etimad göstərərək Onu özünün Prezidenti seçdi. Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra Yeni Azərbaycan Partiyasının statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə başlamışdır. Bununla da tarixi zərurətdən yaranan YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, tənəzzül etmiş iqtisadiyyatımızın inkişaf etdirilməsində və demokratik təsisatların bərqərar olunmasında siyasi flaqman rolunu hakim siyasi partiya olaraq öhdəsinə götürdü. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və siyasi sabitliyin tam təmin olunması ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental əhəmiyyət kəsb etməyə başladı və gələcək iqtisadi inkişaf prioritetləri müəyyənləşdirildi. Heydər Əliyevin xalqı sabaha daha inamlı baxmağa səsləyən fədakarlığı bu böyük şəxsiyyətin “şah əsəri” hesab etdiyimiz doğma Azərbaycanımızın dinamik və davamlı inkişafına da yol açdı.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan edib

Bu gün hər bir azərbaycanlı sevinir və qürurlanır ki, Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanan cənab İlham Əliyev YAP-ın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdi. Bu baxımdan təsadüfi deyil ki, YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya Sədrinin müavini, ikinci qurultayda isə Sədrin birinci müavini seçilmişdi.

Real həqiqətdir ki, tarixi şəxsiyyətin yolunu, ideyalarını yalnız tarixi şəxsiyyətlər davam etdirə bilər. Məhz bu səbəbdəndir ki, dünya şöhrətli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev hələ 2003-cü ildə siyasi uzaqgörənliklə xalqa müraciətində hakimiyyət sükanının cənab İlham Əliyevə etibar olunmasını məsləhət bildi. Ümummilli Lider Heydər Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də Yeni Azərbaycan Partiyasına yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.

2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə Heydər Əliyev siyasi kursunun alternativsiz davamçısı kimi Prezident seçkilərinə qatılan cənab İlham Əliyevin xalqın iradəsinə söykənən qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2005-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının III qurultayının nümayəndələri çox şərəfli bir seçimə imza ataraq, cənab İlham Əliyevi təşkilata rəhbər seçdilər. Bu onu deməyə tam əsas verirdi ki, Yeni Azərbaycan Partiyasının yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşi, yeni Sədrini yekdilliklə dəstəkləyir və Onun ətrafında sıx birləşərək, yeni Azərbaycan quruculuğunda fəal iştirak edir. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də Yeni Azərbaycan Partiyasının növbəti böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qolları olaraq ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edirlər.

Bu gün həm Yeni Azərbaycan Partiyasında, həm də müstəqil Azərbaycanda Heydər Əliyev ideyaları şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Ulu Öndərin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Bəli, məhz milli inkişaf və milli dəyərlər!

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan edib. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazandı.

Bu qələbə həm Prezident, həm Yeni Azərbaycan Partiyasının Sədri, həm də Ali Baş Komandan olaraq İlham Əliyev xarizmasının, praqmatikliyinin məntiqi nəticəsidir!

Son 17 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayət edir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Və bu tarixi xronologiyanın ən əsas mahiyyəti məqalənin əvvəlində də qeyd etdiyim Qarabağımızın işğaldan azad edilməsidir. Bu qələbə həm Prezident, həm Yeni Azərbaycan Partiyasının Sədri, həm də Ali Baş Komandan olaraq, İlham Əliyev xarizmasının, prqamatikliyinin məntiqi nəticəsidir. Onun xalqına, Ordusuna sonsuz güvənci və bu güvəncin qarşılıqlı olaraq cavablandırılması bizi dünyaya səs salan qələbə ilə mükafatlandırdı. Bu qələbə həm də Heydər Əliyev tarixi siyasi məkbətinin tələbi kimi ömür səhifəmizə yazıldı. Çünki Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda təkrarsız, unikal dövlət idarəçilik məktəbi yaratdı və onu xalqımız üçün zəngin bir irsə çevirdi. Biz bu gün böyük qürur hissi ilə deyə bilərik ki, müasir müstəqil Azərbaycan dövləti öz başlanğıcını 1992-ci il noyabrın 21-dən - Yeni Azərbaycan Partiyasının yaradılması tarixindən götürüb.

Daha bir haşiyə çıxaraq hər birimizin şahidi olduğumuz bir mühüm məqama da toxunmaq istərdim. Bu məqam mili qürurumuzun, mədəniyyətimizin irsi varlığı olan Şuşa şəhərimizin azad olunması ilə bağlı cənab Ali Baş Komandan İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin məzarı qarşısına gedərək, bu xoş xəbəri məruzə etməsi oldu. Bu, həqiqətən də tarixi bir hadisə idi və bir daha sübut olundu ki, Heydər Əliyev siyasi məktəbi Azərbaycanımızı bundan sonrakı illərdə daha böyük, daha əzəmətli qələbələrə doğru aparacaq. Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin ata vəsiyyətini yerinə yetirdi! Və bizlər nə qədər xoşbəxtik ki, əldə olunan qələbələrin hər birində artıq 28-ci yaşına qədəm qoymuş Yeni Azərbaycan Partiyası da var və Ulu Öndərin miras qoyduğu siyasətin həyata keçirilməsində öz rolunu almaqdadır.

Bu münasibətlə partiyamızın Sədri, Prezident və Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla, bütün partiyadaşlarımı qələbə və Yeni Azərbaycan Partiyasının 28-ci ildönümü münasibətilə təbrik edir, qarşıdakı illərdə daha nəhəng tarixi qələbələrə imza atmalarını arzulayıram.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ev yanıb







Yardımlıda mağaza yanıb







Bakıda sex yanıb







Zəngilanda yük maşını aşıb, sürücü ölüb


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.