Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
18:25
209

14
Yan
18:25



YAP Gəncə şəhər təşkilatında müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilər və məşvərətçilərlə görüş keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, YAP Gəncə təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib: “Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə ciddi hazırlaşıb, mərhələlər üzrə işlər davam etdirilir”.

Daha sonra çıxış edənlər seçki məntəqələrinə və dairələrə təyin edilmiş müşahidəçilərin və məşvərətçilərin vəzifələri barədə ətraflı məlumat veriblər.

Vurğulanıb ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərinin şəffaf, aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin də üzərinə məsuliyyət düşür. Bildirilib ki, müşahidəçilərin və məşvərətçilərin Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Ona görə də, müşahidəçilər və məşvərətçilər diqqətli olmalı, üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməli, obyektiv monitorinq aparmalıdırlar.

Görüş diskusiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO







Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var (VİDEO) (YENİLƏNİB)







Azərbaycanda dəhşətli qəza - Bir neçə avtomobil piyadanın üstündən keçdi







FHN: Universitetdə yanğın olmayıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.