Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



26 Iyun
2019
03:30
585

26
Iyun
03:30



Yaqub Mahmudov: Şirməmməd Hüseynov heç nədən çəkinmədən öz sözünü deyən görkəmli ziyalımız idi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov görkəmli alim Şirməmməd Hüseynovun vəfatı ilə əlaqədar mərhumun ailəsinə başsağlığı ünvanlayıb.

AMEA-nın Tarix İnstitutundan XeberOxu.Az-a verilən məlumata görə, başsağlığında deyilir: "Azərbaycan jurnalistikasına ağır itki üz verib. Görkəmli alim Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də dünyasını dəyişib.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. Onun ömrünün 60 ili Bakı Dövlət Universiteti (BDU) ilə bağlıdır. Azərbaycan jurnalistlərinin böyük bir nəsli ondan dərs alıb, onun yetirməsidir. Şirməmməd Hüseynov dünyanın heç nəyinə uymadan təmkinli həyat sürüb, şərəfli ömür yaşayıb. O, bütün zamanlarda heç nədən çəkinmədən öz sözünü deyən görkəmli ziyalımız idi. O, nər kişi idi, mərd kişi idi, sovet dönəmində tələbələrinə millət sevgisi aşılayırdı. Mən bunların çoxunun şahidiyəm. Böyük şairimiz Bəxtiyar Vahabzadəyə haqsız hücumlar olanda Şirməmməd Hüseynov sinəsini qabağa verərək dahi sənətkarı necə müdafiə etdiyini heç zaman unutmuram.

Bu gün onun tələbələri BDU-da, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır. İkicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın baş redaktoru kimi onun əsərlərinin, o cümlədən Cümhuriyyət xadimlərinə həsr olunmuş tədqiqatlarının bu ensiklopediyanın ərsəyə gəlməsində mühüm rol oynadığını xalqımıza yetirməyi də özümə borc bilirəm.

Dövlətimiz onun uzunmüddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, bir sıra mükafatlara, o cümlədən "Şərəf" ordeninə və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az