XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
15:57
705
28
Iyul
15:57



Yarım milyon manatdan çox pul mənimsəyən xəzinədarın cəzası azaldılıb

“Rabitəbank” ASC-nin Lənkəran rayon filialının sabiq xəzinədarı Cəfər Sadıqzadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Xeberoxu.Az  xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan işlə bağlı qüvvədə olan qərar dəyişdirilib.

Yüksək instansiya məhkəməsinin qərarı ilə Cəfər Sadıqzadənin cəzası 12 ildən 10 il 3 aya endirilib.

Rəsmi məlumata görə, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Cəfər Sadıqzadə qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş ümumilikdə 595 min manat məbləğində özgə əmlakını, “Rabitəbank” ASC-yə məxsus xüsusilə külli miqdarda nağd pul vəsaitini mənimsəyərək talayıb və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib.

 

Cəfər Sadıqzadəyə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham verilib.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gəncədə yolda meyit tapılıb








Azərbaycanda film kimi hadisə: Oğru ev sahibi ilə… -VİDEO








Külək məcburi köçkünlərin yaşadığı evi yararsız hala saldı - VİDEO








Cəlilabadda AĞIR QƏZA: İki hərbçi öldü -FOTO



Digər Hadisə xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.