08 Apr 2021
03:43
![]() |
08
Apr 03:43
![]() Yaxın zamanda yoxa çıxmaq təhlükəsi ilə üzləşən peşələr Yeni texnologiyaların inkişafı ilə əlaqədar yaxın gələcəkdə inşaat sahəsində bir neçə ixtisasa ehtiyac olmayacaq. Bu barədə bir sıra mütəxəssis “RİA Novosti”yə yoxa çıxmaq üzrə olan peşələr barədə danışarkən bildirib. Tədqiqata görə, qaynaqçı, montajçı, suvaqçı və rəngsazlara olan tələbat getdikcə azalır. Rusiyada ən böyük developer şirkətlərindən biri olan INGRAD-ın nümayəndəsi sadalanan peşələrin bir hissəsinin yaxın gələcəkdə avtomatlaşdırılacağını söyləyib. “Beton tökmə keyfiyyəti artıq o dərəcədə artıb ki, demək olar ki, suvaq işi tələb etmir”, - deyə developer bildirib. Rusiyada layihə həyata keçirmə işləri üzrə ən böyük şirkətlərdən olan “City - XXI vek” departamentinin direktoru Denis Denisov da öz növbəsində böyük şirkətlərin indi bir sıra bahalı rəqəmsal texnologiyalar tətbiq etməyə çalışdıqlarını deyib. “Artıq inşaat sahəsində lazer skan etmə, pilotsuz təyyarələr və digər cihazlardan istifadə olunur. Daha sərfəli həll ayrı-ayrı işlərin avtomatlaşdırılmasıdır. Məsələn, divar suvağı kimi nəm proseslərdə xüsusi suvaq maşınlarından istifadə edilir”, - deyə o əlavə edib. Departamentin direktoru bununla belə tikinti sahəsindəki proseslərin əksəriyyətinin hələ də yüksək ixtisaslı əl əməyi tələb etdiyini vurğulayıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Prokurorluq: Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır
Xızıda “Qrad” mərmisi aşkarlandı
Ağdamda qoyun otaran sakin minaya düşüb
Bakıda yanğın olub, iki nəfər zəhərlənib
|
|