Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Iyul
2019
18:58
960



Yelkənli İdman Federasiyasının reallaşdırdığı Optimist sinfi üzrə “Yay məktəbi 2019” layihəsinin 1-ci dövrü davam edir

Yay məktəbində iştirak edən 7-14 yaşlı uşaqlar yelkən qurma, yelkənli qayıqlardan istifadə etmə, qayıqları sürmə qaydalarını mənimsəyərək, açıq dənizdə müxtəlif hava şəraitlərində təhlükəsiz şəkildə yelkənli qayığı manevrlərlə idarə etmə bacarığına yiyələniblər.

Yelkənli İdman Federasiyasından XeberOxu.az-a verilən məlumata görə, beynəlxalq təcrübəli Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşının səyləri nəticəsində qısa müddət ərzində uşaqlara yelkənli idmanı sevdirmək və onların yelkənli qayıqları rahat şəkildə açıq dənizdə idarə etməsinə nail olunub.

Xatırladaq ki, Yelkənli İdman Federasiyaının mərkəzi ofisində qeydiyyat davam edir. Qeydiyyat zamanı 7 – 14 yaşlı uşaqların sağlamlığı, bacarıq və qabiliyyətləri nəzərə alınacaq. Hər dövr üçün kursa 10 – 15 nəfərin seçilməsi nəzərdə tutulub. Qeydiyyat və seçimlər bütün kurs dövrü davam edəcək.

1-ci dövr 1-14 iyul tarixlərini əhatə edir. 2- ci dövr 22 iyul-4 avqust, 3 cü dövr isə 5-18 avqust tarixlərində baş tutacaq.

Yelkənli idman növünə kütləvi maraq və istəyi təmin etmək məqsədi ilə təşkil olunan “Yay Məktəbi”nin reallaşdırılması Azərbaycanda yelkənli idman üzrə peşəkar idmançıların yetişdirilməsi, yelkənli idmana sevginin aşılanmasına xidmət edir.

Aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırılmaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Optimist” sinfi üzrə 7 - 14 yaş uşaqlar, “Laser” sinfi üzrə isə 14 yaşdan yuxarı yeniyetmələri bu idman növünə cəlb etmək olub.

Təlim məşqlərin keçirilməsində Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist" və "Laser" sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı – ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəsislərin köməyi ilə komandaların məşqləri keçirilir.

Beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən yelkənçilərimiz dəfələrlə ölkə xaricində təşkil olunan təlim – məşq düşərgələrində iştirak ediblər. Təlim – məşq düşərgələrində iştirakın əsas məqsədi idmançılarımızın beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və müxtəlif hava şəraitlərində yarış təcrübələrinin daha da gücləndirilməsidir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az