Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
12:07
2616
16
Sen
12:07



Yeni dərs modeli ibtidai siniflərə necə təsir edəcək?

Sentyabrın 15-dən başlayaraq, ibtidai sinif, xüsusilə birinci sinif şagirdlərinin müəyyən günlərdə məktəbə gəlməsi onların psixoloji inkişafına müsbət təsir göstərəcək.

XeberOxu.Az-ın məlumatına görə,Bunu  təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin bütün həftə ərzində daim onlayn dərs keçməsi onların sonradan təhsilə konsentrasiyasında müəyyən problemlər yarada bilərdi:

"Yuxarı sinif şagirdlərindən fərqli olaraq, ibtidai sinif şagirdləri məktəbdə davranış qaydalarını daha az bilirlər. Xüsuilə birinci sinif şagirdləri məktəbə yeni gəldikləri üçün onların sinifdə davranış qaydalarını bilməsi olduqca vacibdir. Bu baxımdan ibtidai sinif şagirdlərinin sentyabrın 15-dən əyani formada tədrisə cəlb edilməsi olduqca vacib idi. Amma bu da çox əhəmiyyətlidir ki, siniflərdə şagirdlər arasında sosial məsafənin qorunulması və onların dezinfeksiyaedici vasitələrdən mütəmadi istifadə etməsi nəzarətdə saxlanılmalıdır. Tənəffüs zamanı şagirdlərin bir yerdə toplanmasına da mane olunmalıdır. Eyni zamanda, müəllim də bir həkim kimi həssas davranmalıdır, qızdırması və müəyyən xəstəlik simptomları olanları sinifdən izolyasiya edərək bu barədə onların valideyninə və ya məktəb həkiminə məlumat verməlidir".

Xatırladaq ki, pandemiya ilə əlaqədar bu il məktəblərdə tədris hibrid dərs üsulu ilə aparılacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Bu gün Azərbaycanda bütün şagirdlər üçün yeni tədris ili başlasa da, yalnız ibtidai sinif şagirdlərinin məktəblərdə əyani formada təhsilə cəlb edilməsinə icazə verilir.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.