XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     

28 Iyul
2022
19:21
1158
28
Iyul
19:21



Yeni qərar çörəyin qiymətinə necə təsir göstərəcək? - AÇIQLAMA

Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın dövlət alış (tədarük) qiyməti müəyyənləşib. Dövlət Ehtiyatları Agentliyi kabinetin müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olan buğdanın hər tonuna 580 manat ödəyəcək. Məqsəd buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin genişləndirilməsidir.

Bu, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə qəbul etdiyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrası çərçivəsində həyata keçirilən işlərin davamı kimi qiymətləndirilməlidir.

İqtisadçı deputat Vüqar Bayramov Xeberoxu.Az-a bildirib ki, son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur. O qeyd edib ki, buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir.

"Belə ki, ötən illə müqayisədə buğdanın dövlət alış qiyməti 14.0 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu il ilə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırlır. Qərar fermerlərin buğda istehsalına təşviq məqsədi daşıdığı üçün bu, taxıl yetişdirilməsinə marağı daha da artıracaq. Rusiya-Ukrayna müharibəsi fonunda strateji ərzaq və xüsusən taxıl ilə təminatda idxaldan asıllılığın aradan qaldırılması daha da prioritetləşib. Bu il müşahidə olunan qlobal buğda qıtlığının gələn il də davam edəcəyi gözlənilir. İxrac həciminə görə dünyada ilk beşliyə daxil olan Ukrayna fermerləri çox az ərazilərdə ilkin şumlama işləri apara bilib".

Onun sözlərinə görə, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir: "Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailə var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 90 faizlə Rusiya sahib idi. Qazaxıstan buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı. Buna görə də, ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır".

Milli Məclisin üzvü vurğulayıb ki, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib: "Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdədir. İşğaldan azad olunan ərazilərimizin buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənilir. Son qərar buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcək. Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətinin optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal inflyasiyasi yaradır. Nazirlər Kabineti isə anti-inflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır. Bütövlükdə, subsidiyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənizmlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq".


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda maşın qaçıran qadın saxlanılıb








Binəqədidə restorandan 35 min manatlıq oğurluq olub








Dünənki qəzalarda 3 nəfər ölüb - KRİMİNAL XRONİKA








Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə satılıb? - İDDİA



Digər İqtisadiyyat xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.