Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
16:49
2895
21
Noy
16:49



Yeni tikilən binalara nəzarət olunurmu? AÇIQLAMA
 “Binaların tikintisi zamanı təhlükəsizlik standartlarına cavab verməsi çox vacibdir. Ümumiyyətlə, tikinti aparılarkən hər mərtəbəyə nəzarət olunmalıdır”.
Bu fikirləri XeberOxu.Az-a Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib. 
  “Əsas məsələ binaların tam keyfiyyətli materiallardan inşa edilməsidir. Burada isə vacib armaturun, betonun, sementin keyfiyyətli olmasıdır. Düzgün sənədləşmə aparılsa, eləcə də nəzarət mexanizmi də diqqət edərsə, binalarında dözümlü olmasında hər hansı şübhə ola bilməz.2020- ci illərin əvvəlində Bakıda çoxsaylı hündürmərtəbəli binalar tikildi. Hətta bu binaların bir qismində müəyyən problemlər oldu. Məsələn, bir mənzilin bir çox adama satılması,  aldadılma  və.s bu kimi hadisələr yaşandı. İnsanlara qarşı bu cür dələduzluq olunursa, indi onların keyfiyyətində görün necə problem var. Belə binaları inşa edənin məqsədi insanları aldatmaqdır”. Ekspert həmçinin, insanları bu cür binaların sonrakı aqibəti onları maraqlandırmadığını da deyib:
  “Həmin binalar sonradan istifadəyə verildimi? Bununla bağlı hələ bir söz deyilməyib.  Lakin “FHN” - nin tikintəyə nəzarət xidmət var. Yaxşı olardı ki, bununla əlaqədar hökümət portalı yaradılsın. İnsanlar da tikilən hər hansı bina haqqında məlumatı olsun. Məsələn, tikilən bina 9 bal gücündə zəlzələyə davamlıdırmı? Bu kimi suallar heç kimi maraqlandırmır.  Ümumiyyətlə, insanlar yaşadıqları bina haqqında məlumatları yoxdur.  Köhnə tikili binalarda isə zəlzələ vaxtı yüngül çatlar əmələ gəlsə belə uçma olmadı.  Lakin onlarında keyfiyyəti demək olar ki, aşağıdır. Həmin binalarda insanlar yeni eyvanlar tikiblər. Bu isə binanın fundametinə təsir edir. Belə binalara həddindən artıq çox müdaxilə olunur. Hətta 5 mərtəbəli binanın üst qatında belə artıq mərtəbə tikiblər.  Bununla yanaşı, otaqların sayını da genişləndiriblər.  Köhnə binalarında buna tab gətirə biləcəyi isə sual altındandır”. 
 Ekspert elektron portalın yaradılmasının, eləcə də şəffaf məlumat bazasının olmasının vacibliyini vurğulayıb.

 Şahnun Qasımova
Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







“Vətəndən pay olmur” deyib, ömründən pay verən şəhidimizin qəhrəmanlıq hekayəsi - VİDEO







Ürəyinin üstündəki telefonu düşmən gülləsinə sipər olan qazimiz danışdı - VİDEO







Vətən uğrunda canından keçən daha bir qəhrəmanımız - VİDEO







Əsgərin sevdiyi qızın anasına müraciəti -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.