Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyul
2019
15:50
879

13
Iyul
15:50



Yevlaxda meşədə baş verən yanğın söndürülüb

Yevlax rayonunun Cırdaxan meşəbəyliyində iyulun 12-də axşam saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən gecə saat 12 radələrində söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, ilkin hesablamalara əsasən, 4,3 hektar ərazidə quru ot örtüyü, yulğun kolları yanıb, bəzi ağacların alt budaqları ütülüb, oduncaq itkisi qeydə alınmayıb.

Yanğının ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin güclü külək nəticəsində toqquşmasından çıxan qığılcımdan baş verdiyi ehtimal olunur:

"ETSN vətəndaşlardan xahiş edir ki, təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın gördükləri zaman dərhal yerli meşə idarələrinə və Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər"

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az