Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Dek
2019
01:53
621

03
Dek
01:53



Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL

Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir.

Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır.

Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir.

 XeberOxu.Az saglamolun.az-a istinadən bu məhsulları təqdim edir:

Püstə

"Hipertoniya" jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir.

Kətan toxumu

Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər.

Nar şirəsi

Bu ən güclü təzyiqi salan təbii vasitədir.

Sarımsaq

Sarımsağın tərkibində olan "allisin" adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır.

Hibiskus çayı

Mind Body Green nəşri yazır ki, hibiskus çayı xalq təbabətində təzyiqi salmaq üçün istifadə olunur. Bu çay həmçinin qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hibiskus xalq arasında daah çox "Məkkə gülü" kimi tanınır.

Çuğundur şirəsi

Ürəyin normal fəaliyyəti üçün ən vacib 2 maddə - kalium və maqneziumdan əlavə  çuğundur şirəsinin tərkibində nitratlar da var. Bu maddələr damarları genişləndirir və təzyiqi salır. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün çuğundur şirəsini içməyi tövsiyə edirlər. Qida mütəxəssisləri çuğundur şirəsini yarıbayarı su və ya kök şirəsi ilə qarışdırmağı məsləhət görürlər.  

Somon balığı ("losos")

Circulation nəşrində dərc olunmuş araşdırma göstərib ki, omeqa-3 yağlı turşularla zəngin olan somon ürəyin sağlamlığını qoruyur və təzyiqi aşağı salır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.