Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
12:51
225



Millimiz 10 min dollar mükafat fondu olan yarışa qatılacaq - VİDEO
Dekabrın 8-9-da Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans” ("Alanlar”) adlı II beynəlxalq turnir keçiriləcək.
Bu yarışda 15 ölkənin – Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan, Moldova, Ermənistan, Gürcüstan, ABŞ, İran, Polşa, Monqolustan, Hindistan, Slovakiya və İspaniyanın güləşçiləri mübarizə aparacaq.
İştirakçılar arasında Olimpiya çempionlarının iştirakı gözlənilir. Hər çəki dərəcəsi üzrə mükafat fondu 10 min dollar təşkil edir. Qalibə 5 min, gümüş medalçıya 2 min və bürünc medalçılara, eləcə də qızıl medal qazananın məşqçisinə min dollar pul veriləcək.
Əldə etdiyimiz məlumata görə, millimiz orada üç idmançı ilə təmsil olunacaq. Bunlardan biri 92 kiloqram çəki dərəcəsində güləşəcək Olimpiya çempionumuz Şərif Şərifovdur. Digər iki güləşçi isə Dağıstandan olan legionerlərimizdir.
Qeyd edək ki, "Alanlar” turniri ilk dəfə ötən ilin noyabrında keçirilib. 12 ölkənin güləşçiləri arasında Şərif Şərifov, İtaliyanı təmsil edən əslən Kubadan olan ikiqat dünya çempionu Frank Çamiso və Rusiya güləşinin çox sayda ulduzu olub.
Xatırladaq ki, Şərif Şərifov (-97 kq) ötən il bu turnirin finalında osetin Vladislav Baytsayevə uduzub. mənbə:Oxu.Az
 
Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İdman xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]