Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması düşmənlərə mövqeyimizin qəti olduğunu sübut etdi": Deputatdan yolun açılmasına reaksiya


"Ağdam-Xankəndi yolunun açılması düşmənlərə mövqeyimizin qəti olduğunu sübut etdi": Deputatdan yolun açılmasına reaksiya
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması düşmənlərə mövqeyimizin qəti olduğunu sübut etdi": Deputatdan yolun açılmasına reaksiya

Azərbaycan dövləti Laçın yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyünün bərpa olunmasının son nöqtəsini qoyub. Əfsuslar olsun ki, Ermənistan bununla barışmaq istəmirdi. Hər bir vəchlə sülh sazişinin bağlanmasına maneəçilik törədir. Əlbəttə bu Ermənistan rəhbərliyinin öz fikiri deyil. Onun xaricdəki havaları bu hərəkətlərinə rəvac verirdilər.

Yuxarıdakıları Xeberoxu.Az-a Azərbaycan Parlamentinin üzvü Kamilə Əliyeva açıqlayıb.

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Azərbaycan haqlı olaraq bütün dünya ictimaiyyətinə Qarabağda yaşayan ermənilər heç bir humanitar böhranla əziyyət çəkmədiklərini bəyan edib.

"Azərbaycan yenə də humanistlik prinsiplərini nəzərə alaraq təklif etdi ki, Ağdam-Xankəndi yolu ilə istənilən humanitar yüklər Xankəndi əhalisinə çatdırıla bilər. Ancaq yenə də Qarabağda mövcud olan separatçılar və erməni rəhbərliyi çirkin niyyətlərindən əl çəkmədilər. Əslində bu siyasi oyundur. Orada heç bir ərzaq qıtlığı yaşanmır. Onların yeganə arzusu sülh sazişinin imzalanmasına nəyin bahasına olursa olsun maneəçilik törətməkdir. ABŞ və Fransa rəsmiləri də bu proseslərə canfəşanlıq göstərirdilər. ABŞ Dövlət Departament işçisinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər heç bir həqiqətə sığmır. Bütün bunlar bir daha Amerika siyasətinin iç üzünü göstərir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın yaradılması üçün bütün səylərini göstərir.

"Bir neçə gün öncə Ağdam-Xankəndi yolu ilə Rusiyanın Qırmızı Xaç Cəmiyyətinin maşını Xankəndinə yola düşməyə hazır idi. Lakin separatçılar yenə də bunun əleyhinə çıxdılar. Ağdam -Xankəndi yolunun açılması bir daha düşmənlərə sübut etdi ki, mövqeyimiz qətidir və biz istədiyimizə nail olacağıq",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər