Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması öz ərazilərimizdə suverenliyimizin təsdiqidir": Deputat Tahir Kərimli


"Ağdam-Xankəndi yolunun açılması öz ərazilərimizdə suverenliyimizin təsdiqidir": Deputat Tahir Kərimli
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması öz ərazilərimizdə suverenliyimizin təsdiqidir": Deputat Tahir Kərimli

Artıq Ağdam-Xankəndi yolu ilə daşımalar başlayıb. Rusiyanın Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi yük Xankəndiyə çatırdılıb. Təssüflər olsun ki, Azərbaycan tərəfinin göndərdiyi iki yük maşını yolda gözləyir. Hər halda Ağdam-Xankəndi yolunun açılması öz ərazilərimizdə suverenliyimizin təsdiqidir.

Bu fikirləri Xeberoxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

Millət vəkili T.Kərimlinin sözlərinə görə, qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılması prosesi yerinə yetirilməlidir.

"Yolun açılması doğru qərardır. Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin danışıqları baş tutanda razılığ əldə edilmişdir ki, həm Xankəndi-Laçın yolu, həm də Ağdam-Xankəndi yolu paralel işləsin. ABŞ ikiüzlülük edərək yanlız Laçın yolundan istifadə tələbəni qoydu".

Deputatın fikrincə, Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın təcəssümü kimi də qiymətləndirilə bilər.

"Qarabağda yaşayan erməni azlığı da bunu düzgün başa düşməlidir. Dünən erməni milyoneri 15 milyon dollar müqabilində Azərbaycanın özündən alınan qida məhsullarının Azərbaycan və Ermənistan maşınları ilə Xankəndiyə aparılmasını təklif edib. İlk baxışda pis təklif deyil. Prinsipcə dövlətimiz də əleyhinə gedə bilməz. Ancaq şərt qoyur ki, maşınlarda Azərbaycan bayrağı ilə yanaşı Ermənistanın da bayrağı olsun. Həmin ərazilər Azərbaycanın suveren ərazisidir. Biz o tələbi yerinə yetirə bilmərik. Hər bir halda humanitar yüklərin bu yollarla keçməsinin tərəfdarıyıq",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər