Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan bu addımı atmaqla ermənilərin son aylar ərzində apardığı anti-Azərbaycan kampaniyasını alt-üst etdi": DEPUTAT


"Azərbaycan bu addımı atmaqla ermənilərin son aylar ərzində apardığı anti-Azərbaycan kampaniyasını alt-üst etdi": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan bu addımı atmaqla ermənilərin son aylar ərzində apardığı anti-Azərbaycan kampaniyasını alt-üst etdi": DEPUTAT

Ağdam -Xankəndi yolunun açılması Qarabağ iqtisadi rayonunda ölkəmizin suverenliyinin bərpası baxımından çox vacib hadisədir.

Bu barədə Xeberoxu.Az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlayıb.  

Deputat H.Babaoğlunun fikirincə, bu təkcə Ağdam-Xankəndi yolunun açılması deyil, eyni zamanda bir sıra sülh istəməyən mərkəzlərə qarşı Azərbaycanın əldə etdiyi mühüm uğurdur.

"Ermənistan və onun xarici tərəfdaşları bu yolun açılmasında maraqlı deyildilər. Sadəcə Laçın yolunun açılmasını israr etməklə ərazilərimizdə yaşayan erməni etnikini separatçılığa sövq edirdilər. Bütün bunlara baxmayaraq Azərbaycan Ağdam -Xankəndi yolunun açmağı bacardı.
Bir neçə gün öncə ABŞ Dövlət Departament rəsmilərinin verdikləri bəyanatlarını xatırlayırıq".

Millət vəkili hesab edir ki, bu hadisə ilə Azərbaycan dövləti bir daha qətiyyətini, prinsipiallığını nümayiş etdirmiş oldu.

"Bu həm də o deməkdir ki, Azərbaycan bundan sonra addım-addım qanunlarını torpaqlarının hər qarışında tətbiq edəcəkdir. Regionda sülh istəməyənlər bir daha dərk etdilər ki, Azərbaycan nəyin bahasına olursa olsun sülh əldə edəcəkdir. Bu hadisə sonrakı mərhələ üçün yeni perspektivlər yaradır. Azərbaycan həm də bu addımı ilə ermənilərin son aylar ərzində apardığı anti-Azərbaycan kampaniyasını alt-üst etdi.
Bir daha sübut olundu ki, Qarabağda heç bir humanitar problem yoxdur. Əgər nə vaxtsa belə bir problem yaşayanacaqsa qarşısını Azərbaycan dövləti alacaq. Yəni bundan sonra Ermənistan və separatçıların "humanitar şou" larını davam etdirmək üçün heç bir vasitələri qalmadı",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər