Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Danışıqlarda Bakının önəmli şərtlərindən biri mütləq şəkildə qondarma rejimin və parlamentin buraxılması məsələsidir"- SİYASİ ŞƏRHÇİ


"Danışıqlarda Bakının önəmli şərtlərindən biri mütləq şəkildə qondarma rejimin və parlamentin buraxılması məsələsidir"- SİYASİ ŞƏRHÇİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Danışıqlarda Bakının önəmli şərtlərindən biri mütləq şəkildə qondarma rejimin və parlamentin buraxılması məsələsidir"- SİYASİ ŞƏRHÇİ

"Azərbaycan və erməni icmasının nümayəndələri arasında Xocalıda baş tutan görüş prinsip etibarilə Yevlaxdakı görüşün davamı xarakteri daşıyırdı. Yevlaxdakı görüşündə ciddi nəticələr əldə olundu. Ortaq məxrəcə gəlinməyən məsələlər də olub. Görüş sonrası Ağdərə və Xocalıda Azərbaycan hərbçilərinin foto və videolarının əks olunduğu görüntülər yayıldı. Bu ondan xəbər verir ki, icma ilə Yevlaxdakı görüş zamanı əldə edilən nəticələrdən biri məhz dırnaqarası erməni qüvvələrinin ərazini tək etməsi və bu istiqamətdə razılığ əldə etməkdir. Növbəti etabda da Azərbaycan silahlı qüvvələrinin Ağdərə və Xocalı istiqamətlərində hərəkətləri və nəzarəti bərpa etməsi müşahidə olunub".

Bu fikirləri Xeberoxu.Az-a siyasi şərhçi Turan Rzayev açıqlayıb.

Siyasi şərhçi T.Rzayev hesab edir ki, Azərbaycan nümayəndə heyəti Qarabağın erməniəsilli sakinləri ilə
Xankəndində qondarma qurum, parlament və hökumətin özünü buraxma məsələləri ilə bağlı razılıq əldə etməyib.

"Hələlik icma bununla bağlı heçnə demir və əslində gözlənilirdiki bu görüşdə buna dair bir məsələ olsun. Təəssüf ki, hazırda Xocalı görüşünə dair detallar bəlli deyil. Amma ilkin ipuclar bizə onu deməyə əsas verir ki, icma ilə mərkəzi hakimiyyət arasındakı dialoq və reinteqrasiya prosesində danışıqlarda Bakının önəmli şərtlərindən biri mütləq şəkildə qurumun özünü buraxması və parlamentin buraxılması məsələsidir. Buna dair razılığın əldə olunub-olunmaması ilə bağlı hələlik bir məlumat yoxdur. Lakin icmanın bu seçimi qəbul etməkdən başqa yolu da yoxdur. Əks təqdirdə bu inad Bakının növbəti lokal anti-terror tədbirləri həyata keçirməsinə səbəb ola bilər. Əlbəttə ki, Azərbaycanın niyyəti dialoq və reİnteqrasiyadır. Bakı prosesin dinc yolla həll edilməsini istəyir. Bütün bu hadisələr fonunda parlamentin varlığı və ya orada hər hansısa qurumun dırnaqlararası hakimiyyətini biz qəbul edə bilmərik və bu qeyri müəyyənlik davam edə bilməz".

T.Rzayevin fikirincə, Azərbaycan reinteqrasiya prosesinin yekunu olaraq erməni icmasına Azərbaycan konstitusiyasında göstərildiyi kimi yalnız milli azlıq statusu verə bilər.

"Bunun xaricində hər hansısa bir statusun verilməsi Azərbaycan üçün gələcək perspektivdə ciddi fəlakətlərə səbəb ola bilər yəni bu bizə heç cür sərf edən nəticə deyil. Bu günkü görüşdə də böyük ehtimalla bu məsələ danışılıb. Görüşün sülhməramlıların komandanlığının qərargahında keçirilməsidə əslində ondan xəbər verir ki, buradakı görüşdə müzakirə edilən məsələlərin ağırlığı Yevlaxdakı görüşdən daha çoxdur və bu baxımdan deyə bilərik ki, Yevlax görüşündə müzakirə edilməyən məsələlər bu gün müzakirə edilib. Nəticə olaraq deyə bilərik ki, hələlik görüşə dair detallı bir məlumat yoxdur. Bu baxımdan dəqiq bir şey demək çətindir. Ancaq ilkin ehtimallar onu deməyə əsas verir ki, görüş zamanı müzakirə edilən məsələlərdən biri və önəmlisi qurumun fəaliyyəti, parlament məsələsi və bunların özünü buraxma məsələsidir",-deyə o, qeyd edib.

Niyaz Hacıyev
Xeberoxu.Az

Son Xəbərlər