Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Həmin qüvvələr Cənubi Qafqaza xalqa rifah gətirmək məqsədi ilə yox, regionda qızışdırıcılıq fəaliyyəti üçün gəlirdilər": XƏYAL BƏŞİROVUN ŞƏRHİ


"Həmin qüvvələr Cənubi Qafqaza xalqa rifah gətirmək məqsədi ilə yox, regionda qızışdırıcılıq fəaliyyəti üçün gəlirdilər": XƏYAL BƏŞİROVUN ŞƏRHİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Həmin qüvvələr Cənubi Qafqaza xalqa rifah gətirmək məqsədi ilə yox, regionda qızışdırıcılıq fəaliyyəti üçün gəlirdilər": XƏYAL BƏŞİROVUN ŞƏRHİ

"BMT TŞ-nın Qarabağla bağlı son iclasında Almaniya, Fransa və Avropa ittifaqına daxil olan bəzi dövlətlər Azərbaycana qarşı qərəzli addım atdılar".

Bunu Xeberoxu.Az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq X.Bəşirov bildirib ki, sözügedən iclasda Aİ-nın mövqeyi bir daha sübut etdi ki, təşkilata üzv olan bəzi dövlətlər həmin dövlətlər Azərbaycanın ll Qarabağ müharibəsindəki qalibiyyətini həzm edə bilmirlər.

"Avropa ittifaqına üzv olan bir sıra dövlətlərin Azərbaycana qarşı qərəzli bəyanatlarını bir sıra ciddi məqamlarla əlaqələndirirəm. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı həmin iclasın çağırılması BMT-nin məzmununa zidd addım idi. Çünki, biz antiterror tədbirlərini ll Qarabağ müharibəsində atdığımız addımların məntiqi davamını gətirməklə, Ermənistana aid olan qanunsuz cinayətkar ünsürləri və silahlı birləşmələrin Azərbaycan ərazisindən təmizlənib çıxarılması prosesini davam etdirirdik. Bu addımımızla BMT-nin 1993-cü qəbul edilmiş 4 qətnaməsinin icra prosesini davam etdirirdik. Biz bilirik ki, BMT 1993-cü ildə Təhlükəsizlik Şurası vasitəsilə, Azərbaycana aid olan ərazilərdə Ermənistanın qanunsuz silahlı qüvvələrinin qeydsiz-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Bu qətnaməni ll Qarabağ müharibəsində Azərbaycanın silahlı qüvvələri icra etməyə başladılar. Azərbaycanın Müzəffər Ordusu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında həmin qətnamələrin icrası prosesini davam etdirdiyini görə, BMT Təhlükəsizlik Şurasında yenidən onun qətnamələrini icra edən həmin dövlətə qarşı yeni qətnamə qəbul etməyə cəhd göstərir. Ümumiyyətlə, antiterror təlimlərinin keçirilməsinə zərurətin olması Azərbaycanın ll Qarabağ müharibəsində qalib gələndən sonra, keçən 3 il ərzində əlindən gələni etdi ki, Azərbaycan yenidən dövlət olaraq güc tətbiq etmək məcburiyyətində olmasın. Ermənistan cinayətkar ünsürləri ilə birləşərək əlindən gələni etdi ki,  Azərbaycan məhz güc tətbiq etsin. Onların növbəti təxribatına cavab olaraq, Azərbaycan qısa müddətli lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Fransanın mövqeyi bizə bəllidir, o həmişə ermənipərəst siyasəti ilə seçilib. BMT Təhlükəsizlik Şurasının iclasında Almaniyanın Xarici İşlər naziri Annalena Berbok açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqe sərgilədi və Azərbaycanın ünvanına haqsız, ədalətsiz və reallığa uyğun olmayan fikirlər səsləndirdi. Həmin dövlətlərin planlarından biri də bu idi ki, Cozef Borel tərəfindən səsləndirilən fikirləri, ümumilikdə, Avropa ittifaqının Azərbaycana qarşı bəyanat kimi səsləndirsinlər və həvəslə yerinə yetirmək üçün Cozef Borel bunu öz üzərinə götürmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti yenə də öz işini gördü və Avropa ittifaqı platformasındakı dostlarımızdan biri olan Macarıstan bu məsələdə veto hüququndan istifadə etdi. Avropa ittifaqına üzv olan dövlətlərin Rusiya-Ukrayna müharibəsi fonunda, Azərbaycan enerji resurslarından istifadə etmələri, o cümlədən Azərbaycan vasitəsilə Xəzəryanı Mərkəzi Asiya dövlətlərinin təmir resurslarından istifadə etmələri bu siyasətə uyğun gəlmir və bu gün həmin siyasəti yürütməklə müxtəlif formalarda Azərbaycana təzyiq göstərməyə çalışırlar, amma onlar bu məsələdə tamamilə yanılırlar və anlamalıdırlar ki, Azərbaycana qarşı qırmızı xətt olan mövzularla bağlı təzyiq göstərmək mümkün deyil. Almaniya və bəzi dövlətlər bu məsələdə ciddi nəticə çıxarmalıdır, Azərbaycana qarşı düşmənçilik siyasətini kənara qoymalıdırlar" - deyə o, qeyd edib.

Çingiz Əmrahov
Xeberoxu.Az 

Son Xəbərlər