Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Lokal xarakterli antiterror tədbirləri Azərbaycanı bütövləşdirdi": Deputat Anar İsgəndərov


"Lokal xarakterli antiterror tədbirləri Azərbaycanı bütövləşdirdi": Deputat Anar İsgəndərov
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Lokal xarakterli antiterror tədbirləri Azərbaycanı bütövləşdirdi": Deputat Anar İsgəndərov

"Azərbaycan 23 saat ərzində tarix boyu onun üçün problem olan məsələni Ali Baş Komandanın rəhbərliyi altında uğurla həll etdi".

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin üzvü, tarixçi alim Anar İsgəndərov açıqlayıb.

Milli Məclisin deputatı A. İsgəndərov bildirib ki, Qarabağın dağlıq hissəsi ilə bağlı keçmiş tarix Azərbaycan üçün həmişə təhdid mənbəyi olub.

"Antiterror tədbirləri nə üçün lazım idi?
Qarabağ iqtisadi rayonuna XVIII-ci əsrdən etibarən Çar Rusiyası tərəfindən on minlərlə erməni əhalisinin köçürülməsi Azərbaycan xalqı üçün problemlər yaratmışdı. Şimali Azərbaycan xanlıqlarının Çar Rusiyası tərəfindən işğalından sonra İrəvan və Naxçıvan ərazisində erməni vilayətinin yardılması, İrəvan quberniyasının yaradılması, Azərbaycanlılara qarşı soyqırımlar, və 1920-ci ildən sonra Qarabağın dağlıq ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayətinin" yardılması. Bütün bunlar Azərbaycan üçün həmişə təhdid olub. Suveren Azərbaycan ərazisi deyiləndə Qarabağın dağlıq hissəsi hər zaman münaqişəli olub. Son zamanlarda bu yara o qədər böyüdü kü, torpaqlarımızın iyirmi faizi işğal olundu. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkün həyatını yaşamağa məcbur oldu. Qarabağ ərazisinin bütün tarixi və dini abidələri məhv edildi. Tarix boyu Azərbaycan xalqının yaşadığı yurd-yuvaları yerlə-yeksan edildi.
2020-ci ildə 44 günlük Zəfər yürüşümüzlə böyük tarixi uğur qazandıq. İlk dəfə olaraq düşməni darmadağın etdik. Çox təssüflər olsun ki, beynəlxalq nüfuzlu təşkilatların məsələyə müdaxiləsi nəticəsində suverliyimizi tam bərpa edə bilmədik. Ancaq bu o demək deyildi ki, bu olduğu kimi də qalacaq. Son üç il ərzində Qarabağ ermənilərinə məsələnin həll olunması üçün mümkün olan bütün yolları təklif etdik. Kənar qüvvələrin müdaxiləsi nəticəsində separatçılar öz qanunsuz fəaliyyətlərinə davam etdilər. Ali Baş Komandan məhz buna görə, qərarını verdi. Azərbaycan Ordusu bu şərəfli işi sona çatdırmaq üçün əlindən gələn hər şeyi etdi. Beləliklə suverenliyimiz bərpa olundu".

Deputatın sözlərinə görə, 1918-ci ilin sentyabrında Milli Ordumuz və Qafqaz İslam Ordusu Bakını düşmən işğalından azad etməklə "başla bədəni" birləşdirdi.

"2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri təkcə baş və bədəni deyil bütün Azərbaycanı bütöv birləşdirdi. Azərbaycanı bütövləşdirdi. Artıq haqq işimizə heç kim müdaxilə etmir. Azərbaycan Prezidenti dünən xalqa müraciət etməklə bir daha bunu demək istədi və tədbirlər zamanı görülən işlər haqqında danışdı. Cənab Prezident bu haqq işimizdə bizə dəstək olan qardaş Türkiyəyə və onu prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da minnətdarlığını bildirdi. Bir millət, iki dövlət".

Millət vəkili onu da əlavə edib, bu gün kü, Yevlax görüşünə qədər dövlətimizin başçısı xalqa müraciətində Qarabağın erməni sakinlərinə hər şeyi dedi.

"Onlar əgər azacıq düşüncə sahibi olsalar Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə tam riayət etməklə gələcək həyatlarını təyin etmiş olacaqlar. Yevlax görüşü onu göstərdi ki, erməni icmasının Azərbaycan tərəfindən hansı xahişi oldusa onlara çatdırıldı. Qarabağda antiterror tədbirlərinin keçirilməsi dövlətimizin daxili işidir və bunu heç kimlə müzakirə edəsi də deyilik.
Azərbaycan dövləti də heç kimin fikirinə istinad etmədən haqqlı mübarizəsini həyata keçirdi.
Qarabağ sözün həqiqi mənasında Azərbaycandır! Qarabağla bağlı son gedişat onu göstərir ki, yaxın gələcəkdə Ermənistan-Azərbaycan sülh sazişi imzalanacaq",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər