Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Müsbətə doğru dəyişən proseslər Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq": DEPUTAT AYDIN HÜSEYNOV


"Müsbətə doğru dəyişən proseslər Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq": DEPUTAT AYDIN HÜSEYNOV
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Müsbətə doğru dəyişən proseslər Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq": DEPUTAT AYDIN HÜSEYNOV

"Azərbaycan lokal anti-terror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam bərqərar edərək yeni siyasi və sosial-iqtisadi reallıqlar yaradır. Artıq ölkəmizin sakinləri olan Qarabağ ermənilərini təmsil edən nümayəndə heyəti ilə Yevlax görüşünün nəticələrinə əsasən, bölgədə iqtisadi, siyasi, sosial və humanitar məsələlərin hər biri üzrə tənzimləmə mexanizmləri formalşdırılır. Proses Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması və dinc həyat quruculuğunun təşkili və digər istiqamətləri əhatə edir. Cənab Prezidentin  tapşırığına əsasən, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə yaradılan İşçi qrupu da bu məsələlərin həlli ilə mşğul olacaq”.

Bu barədə Xeberoxu.Az-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və bu, həmin ərazilərin sakinlərinin inteqrasoya prosesinin ilk addımıdır. Yevlax şəhərində keçirilmiş görüşdə erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, ilk növbədə, bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətləri olmaqla yanacaq-sürtgü materiallarının göndərilməsi təmin ediləcək. Eyni zamanda, erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.

A.Hüseynov bildirib ki, yaradılmış yeni İşçi qrup burada yaşayan əhalinin sosial müdafiəsi, təhülkəsizliyi, təhsil və səhiyyə xidmətləri, zəruri infrastruktur təminatları, işıq, qaz, su, istilik təminatları, və digər zəruri tələbatları üçün plan hazırlayıb həyata keçirəcəkdir. Bu isə o deməkdir ki, Qarabağın ermənilər məkunlaşan ərazilərdində bərpa və yeni quruculuq, reinteqrasiya prosesini sürətləndirəcək. Bu proseslər azad olunan ərazilərimizdə bərpa və yenidən qurma işlərini, o cümlədən məskunlaşmanı sürətləndirməklə yanaşı, Qarabağın inkişafında da əsaslı dönüş yaradacaq. Öz növbəsində, Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına da dərin inam yaradır.

Xeberoxu.Az

Son Xəbərlər