Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır": "Ədalətli" BMT-də növbəti zəfər


"Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır": "Ədalətli" BMT-də növbəti zəfər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Öz gözündə kərəni görmür, özgə gözündə tük axtarır": "Ədalətli" BMT-də növbəti zəfər

Xəbər verdiyimiz kimi, dünən BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı iclas keçirilib. İclasın keçirilmə səbəbi Azərbaycanın öz suveren ərazilərində separatizimin zərərsizləşdirilməsi ilə bağlı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini keçirərkən Ermənistanın beynəlxalq havadarlarının təşkilata müraciəti olub.

Albaniya tərəfinin dəstəyi ilə iclasa Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da qatılıb. XİN rəhbəri iclasda çıxışında faktlarla çıxış edərək Ermənistanın əsassız iddialarını növbəti dəfə məhv etdi.
Beləliklə Azərbaycan BMT-də yenidən Ermənistan və onun havadarlarını əsasları ilə diplomatiya masasında darmadağın etdi.


Mövzu ilə bağlı Xeberoxu.Az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, BMT-nin son iclasında Azərbaycanın sərgilədiyi mövqe, Ermənistanın arzusunun həyata keçməməsi Azərbaycanın növbəti qələbəsi kimi qiymətləndirilməlidir.
16830152373196828009_1200x630.jpg 241.87 KB
"Azərbaycan dövləti öz qələbəsini təmin etdi və beləcə də ermənilərin yalanını ifşa etmiş oldu. Hesab edirəm ki, bu proseslər Azərbaycanın xeyrinədir. Azərbaycan mərhələli şəkildə öz hədəflərinə və məqsədlərinə doğru irəliləyir və biz gərəkən bütün addımları atırıq. Gələcəkdə də bu addımların hər birini atacağıq. Bu Azərbaycanın növbəti böyük uğuru və qələbəsidir",- o, deyib.

Millət vəkili Bəhruz Məhərrəmov isə Xeberoxu.Az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanla bağlı söz haqqını çoxdan itirib.
whatsapp_image_2023_09_04_at_1431101693823561.jpg 48.13 KB


"Bəzi daimi üzvləri üçün maraq kəsb edən məsələlər üzrə qətnamələri saatlar içində icra olunan BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən 4 qətnaməni 27 il ərzində icra etmədi. Azərbaycan özü hərbi-siyasi yolla qətnamələrin icrasına nail oldu.  Son 3 ildə bir ovuc separatçı üçün 4 dəfə toplanan Təhlükəsizlik Şurası 30 il 1 milyon məcburi köçkünün iztirabını görməzdən gəldi. Öz evindən işgəncə və təzyiqlər altında, zorakılıqla qovulan 350 minlik Qərbi azərbaycanlını 35 ildir görməzdən gəlir. Mina terroru ilə bağlı az qala hər il qətnamələr qəbul edən, Oslo, Ottava, Brüssel Konvensiyalarını dildə təşviq edən BMT məhz Ermənistanın dövlət səviyyəsində işğal və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın dünyanın mina ilə ən çox çirklənən bölgəyə çevrilməsindən danışmır. Saxtakar şəkildə "təhlükəsizlik və insan haqları" iddialarını utanmazcasına dünyanın ən ali masasına daşıyanlar son 3 ildə 300-dən çox mina qurbanımızı görmək istəmir. Etnik separatizm və terroru açıq formada müdafiə edən Avropa İttifaqı, Fransa və Almaniya kimi subyektlər 3 gün öncə 8 vətəndaşımızın məhz bu terrorçuların mina terrorunun qurbanına çevrilməsi barədə bir kəlmə də danışmır. Belə olan halda BMT Təhlükəsizlik Şurasının söz haqqı qəbul edə bilərmi? Bu mənada, ötən gün müzakirələr beynəlxalq hüquq adına utanc idi və məhz elə təşəbbüskarların özləri üçün qəbuledilməz presedentlərə yol açacaq",- deyə o, qeyd edib.

Niyaz Hacıyev
Xeberoxu.Az

Son Xəbərlər