Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Onlara sübut olundu ki, bölgədə yeganə söz sahibi Azərbaycandır": Politoloqun şərhi


"Onlara sübut olundu ki, bölgədə yeganə söz sahibi Azərbaycandır": Politoloqun şərhi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Onlara sübut olundu ki, bölgədə yeganə söz sahibi Azərbaycandır": Politoloqun şərhi

"Bildiyimiz kimi, dünən Azərbaycan Ordusu tərəfindən başladılan lokal antiterror tədbirləri uğurla başa çatıb. Beləliklə separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan ediblər. Bu gün Yevlax şəhərində erməni icması ilə Azərbaycan tərəfinin görüşü baş tutub. Dünən cənab Prezident İlham Əliyev xalqa müraciətində keçirilən görüşlərin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Eyni zamanda Prezident bildirib ki, erməni icmasının nümayəndələrinə Azərbaycanla birgə yaşayış üçün detallar çatdırılacaqdır. Ermənilərin Azərbaycan Respublikası ərazisində yaşayan bütün digər xalqlar kimi eyni hüquqlara malik olacağı da bildirilib. Bu gün artıq görüş keçirilib. Sadalananlar qarşı tərəfin diqqətinə çatdırılıb. Hazırda bölgədə Azərbaycan Ordusu təmizləmə işləri aparır. Addım-addım reinteqrasiya prosesi icra edilməyə başlanılıb. Bu Azərbaycan dövlətinin növbəti qələbəsi kimi də qiymətləndirilməlidir. Bu tarixi bir hadisədir. Bunun siyasi əhəmiyyətləri olduqca vacibdir".

Bu fikirləri Xeberoxu.Az-a Qarabağla bağlı son hadisələri şərh edərkən Politoloq Amid Əliyev bildirib.

Politoloq A.Əliyev açıqlayıb ki, Azərbaycan 10 noyabr bəyanatının dördüncü bəndini birbaşa olaraq özü icra etdi.

"Bununla da Qafqazda separatizimə son qoyuldu. Antiterror əməliyyatı eyni zamanda Azərbaycanın suverenliyinin, konstitusiya quruluşunun bütöv şəkildə təmin olunmasını ən vacib şərtlərdən biri kimi icra etdi. Artıq Azərbaycan -Ermənistan sülh prosesinin müzakirəsində də manipulyasiya halları birdəfəlik aradan qalxmış oldu. Ölkə başçısı dünən ki müraciətində bildirdi ki, sonuncu antiterror tədbirləri zamanı Ermənistan rəhbərliyi özünü olduqca loyal aparıb. Bu sülhə müəyyən ümidlər verir. Gələn ay İspaniyanın Qranada şəhərində Zirvə görüşü keçiriləcək. Zirvə görüşü çərçivəsində Azərbaycan -Ermənistan rəhbərlərinin ikitərəfli görüşü, müzakirələrin aparılması və sonda sülh istiqamətində mühüm addımların atılması gözlənilir".

Onun sözlərinə görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri həm Ermənistan hakimiyyətini, həm də cəmiyyətini, eləcə də onun havalarını bir daha fikirləşməyə vadar edib.

"Onlara sübut olundu ki, bölgədə yeganə söz sahibi Azərbaycandır və bütün şərtləri diqtə o edir. Yaxın vaxtlarda mərkəzi icra hakimiyyəti orqanlarının bütün Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətlərini davam etdirməsini, həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını, Azərbaycan himninin səsləndirilməsinin şahidi olacağıq. Antiterror tədbirlərinin əsas məqsədi bölgəni separatçılardan təmizləməkdən ibarət idi. Və biz buna da nail olduq. Bundan sonra da bu separatçılıq bir daha baş qaldırmayacaq. Əks təqdirdə Azərbaycan yenidən güc tətbiq etməklə yenidən onların başını əzmək iqtidarına malikdir",- deyə politoloq qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər