Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qarabağ erməniləri qoyduğumuz şərtlərlə tədricən razılaşacaqlar": Deputat Rüfət Quliyev


"Qarabağ erməniləri qoyduğumuz şərtlərlə tədricən razılaşacaqlar": Deputat Rüfət Quliyev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qarabağ erməniləri qoyduğumuz şərtlərlə tədricən razılaşacaqlar": Deputat Rüfət Quliyev

Ermənistan son zamanlarda çox kobud səhvlər buraxır. İlk növbədə onlar Rusiya ilə münasibətlərini pozdular. Bu o həddə çatıb ki, artıq üsyan etməyə də hazırdırlar. ABŞ la birgə hərbi təlimlər keçirmək Rusiyanı kifayət qədər qəzəbləndirir. İrəvan son günlərdə Tehranla da münasibətlərini pozdu. İran heç vaxt imkan verməyəcək ki, Cənubi Qafqaz regionuna Rusiya və Türkiyədən başqa Qərb dünyasından kimsə müdaxilə etsin. İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığında da bu sərt formada Paşinyana başa salındı. Hətta çox yüksək tonla.

Bu sözləri Xeberoxu.Az-a Azərbaycan Parlamentinin üzvü Rüfət Quliyev açıqlayıb.

Milli Məclisin deputatı R.Quliyev bildirib ki, yuxarıda sadalanan bütün faktlar Ermənistanın mövqeyini kifayət qədər zəiflədib.

"Dünyada böyük dəyişikliklər olub. Dəyişikliklərin də Cənubi Qafqaza təsiri bizim uğurlu qələbəmizlə start götürdü. Bu qələbənin də əsası uğurlu diplomatiyanın olması səb bindəndir. Qarbağ erməniləri qoyduğumuz şərtlərlə tədricən razılaşacaqlar. Çünki başqa yolları yoxdur. Bu fonda onlar məcburiyyət qarşısındadırlar. İlin sonuna qədər sülh sazişi imzalanacaq. Bu o deməkdir ki, sərhədlərimizin demarkasiya və delimitasiya prosesləri həyata keçiriləcək. Əgər bunlar olmasa Cənab Prezident demişkən "Dəmir yumruq yerindədir",- deyə millət vəkili qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər