Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Separatçılara dəstək verənlər indi öz yerlərini düşünməlidirlər": Tofiq Abbasovun ŞƏRHİ


"Separatçılara dəstək verənlər indi öz yerlərini düşünməlidirlər": Tofiq Abbasovun ŞƏRHİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Separatçılara dəstək verənlər indi öz yerlərini düşünməlidirlər": Tofiq Abbasovun ŞƏRHİ

"Azərbaycan qələbəsini 10 noyabr 2020-ci ildə qazanıb. Prezident İlham Əliyev bildirmişdi ki, üçtərəfli bəyanat Ermənistan üçün kapitulyasiya aktıdır. Ancaq Ermənistan bunu bilə-bilə yenə də son təxribatını etməyə çalışırdı ki, Azərbaycana problem yaratsın, öz saxta maraqlarını təmin etsin. Sentyabrın 19-da iki mina partlayışı nəticəsində 6 polis əməkdaşımızı, 2 işçimizi itirmişik. Şəhidlərimizin sayı artdı. Sözün əsl mənasında səbr kasamızın son damlası oldu".

Bu fikirləri Xeberoxu.Az-a Qarabağla bağlı son hadisələrin şərhində politoloq Tofiq Abbasov bildirib.

T.Abbasov açıqlayıb ki, hazırkı prosesin necə bitəcəyi əvvəlcədən bəlli idi.

"Azərbaycan qələbəsini rəsmiləşdirdikdən 3 ilə yaxın vaxt keçib. Biz bu üç il ərzində Qarabağ yüksəkliklərini əldə etdik. Fərrux əməliyyatını keçirdik. Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsini yaratdıq. Biz sərhədlərimizi gücləndirdik. Bütün kommunikasiyalara diqqətimizi artırdıq. Prezident İlham Əliyev Azərbaycan xalqı adından qarantı çıxışı edərək bildirdi ki, Qarabağ ermənilərinin reinteqrasiyasına kifayət qədər gücümüz var. Biz bunu edəcəyik. Azərbaycan qələbəsinin sadəcə bir nöqtəsini başa vurdu. Ona görə ki, Qarabağ ermənilərinin üzərinə çağırılmamış qondarma rejimin nümayəndələri xaricdən idarə olunurdular. Onlar çalışırdılar ki, Azərbaycanın problemlərini artırsınlar. Ölkəmizin adını bədnam etməyə çalışırdılar".

Siyasi şərhçinin fikirincə Azərbaycanın bu məsələyə münasibəti özünə məxsus model yaradır.

"Əsas nəticə onu göstərdi ki, Azərbaycan düz yoldadır. Heç bir qanunvericilik normalarına zidd çıxmırıq. Buna görə həm dilimiz uzundur, həm üzümüz ağ, həm də başımız dikdir. Ermənistanın dikbaşlığı onların zəifliyindən, cığallığından irəli gəlirdisə, Azərbaycanın dikbaşlığı qalib olmasından irəli gəlir.
Hesab edirəm ki, separatçılara dəstək verənlər indi öz yerlərini düşünməlidirlər. Azərbaycan onların torpağını çıxarıb. İndi onlar göydə qalıb. Erməni havadarları bu saat az qalıb ki, özlərini yandırsınlar. Yevlaxda danışıqlar aparıldı. Azərbaycanın bu məsələyə münasibəti özünə məxsus model yaradır. Ermənilərin reinteqrasiyasının təməli qoyulur. Ermənistandan deportasiya edilən 300 minə yaxın soydaşlarımız da doğma yurdlarına qayıtmalıdırlar. İndiki Ermənistan Respublikası Azərbaycan torpaqları hesabına yaranıb. Odur ki, o insanların da dədə-baba yurdlarına qayıtmasında bir model olmalıdır".

T.Abbasov onu da əlavə edib ki, Yevlax görüşü Ermənistan tərəfindən də tədqiq edilməlidir.

"Prezident İlham Əliyev dünən xalqa müraciətində bildirdi ki, Ermənistan daxili işlərimizə qarışmaması ilə bağlı düzgün mövqe tutdu. Bu ümid verir. Düşünürəm ki, ən qısa zamanda Ermənistanla sülh sazişinin imzalanması da mümkün olacaq",- deyə o, qeyd edib.

Xeberoxu.Az

Son Xəbərlər