Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"2022-ci ildə dünyada hərbi xərclər rekord həddə çatıb": BMT BA-nın 77 sessiyasının sədri


  • 0
"2022-ci ildə dünyada hərbi xərclər rekord həddə çatıb": BMT BA-nın 77 sessiyasının sədri
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"2022-ci ildə dünyada hərbi xərclər rekord həddə çatıb": BMT BA-nın 77 sessiyasının sədri

Dünya heç vaxt olmadığı qədər qlobal fəlakətə yaxındır, nüvə silahından istənilən istifadə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxaracaq.

Xeberoxu.Az
Xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi təşkilatın Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Gününə həsr olunmuş iclasında deyib.

“2022-ci ildə dünyada hərbi xərclər rekord həddə - 2,2 trilyon ABŞ dollarına çatıb. Biz nüvə silahı ehtiyatlarının və imkanların artdığına dair çoxlu sübutlar görürük ki, bu da Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir”, - o bildirib.

BMT Baş Assambleyası sessiyasının rəhbəri nüvə silahına arxalanaraq bəşəriyyət üçün qurulmuş dəhşətli tələni görə bilmədiyimizi qeyd edib.

O bildirib ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi beynəlxalq tərksilah strukturunun əsas elementidir. “Yadda saxlamalıyıq ki, istənilən nüvə silahının istənilən məqsəd üçün istifadəsi dərhal vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcək. Məhdud nüvə müharibəsi deyilən şey yoxdur”, - Ç.Kyoryoşi söyləyib.

Son Xəbərlər