Gündəlik məzənnə

19 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ABŞ prezidentliyinə namizəd Ramasvami Zelenskinin səfərini tənqid edib


  • 0
ABŞ prezidentliyinə namizəd Ramasvami Zelenskinin səfərini tənqid edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ABŞ prezidentliyinə namizəd Ramasvami Zelenskinin səfərini tənqid edib

"Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a yalnız pul üçün gəlib, Amerika rəhbərliyi “ayılıb” öz maraqları haqqında düşünməlidir".

Xeberoxu.Az
Xarici mənbələrə istinadən xəbər verir ki, bu fikirləri “Forbes” ə müsahibəsində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən iş adamı Vivek Ramasvami deyib .

Siyasətçi qeyd edib ki, Zelenski son səfəri zamanı ABŞ-ın Ukraynaya dəstəyini xeyriyyəçilik deyil, investisiya adlandırıb .

Onun sözlərinə görə, Vaşinqton özündən soruşmalıdır ki, Kiyevə yardım ABŞ-ın maraqlarını necə təmin edir və “nüvə gücü” ilə qarşıdurmaya girməkdən və üçüncü dünya müharibəsinin qarşısını almaqdan necə çəkinsin?.

Ramasvami vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya ədalətli şərtlərlə sülhün necə gətirilməsinə diqqət yetirməli və Amerikanın maraqlarını təmin etməlidir.

Siyasətçi 2024-cü ildə ABŞ-ın prezidenti seçiləcəyi təqdirdə Rusiya Federasiyasının Rusiya ilə “hərbi ittifaqdan” “çıxması” müqabilində yeni ərazilər üzərində Rusiyanın nəzarətini qəbul edəcəyini, sanksiyaları qaldıracağını və Ukraynanın NATO -ya namizədliyini əngəlləyəcəyini vəd edib.

Xeberoxu.Az 

Son Xəbərlər