Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ancelina Coli öz markasını yaradır


  • 0
Ancelina Coli öz markasını yaradır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ancelina Coli öz markasını yaradır

Məşhur aktrisa Ancelina Coli qaçqınlara və imkansız qruplara dəstəyi daha davamlı etmək üçün yeni moda təşəbbüsü başlatdığını açıqlayıb.

Xəbəroxu.Az  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Coli ustaları, modelistləri və sahibkarlarının "Atelier Jolie" adını verdiyi marka ilə öz istehsallarını edəcəklərini açıqlayıb. Layihənin "mədəni irsin zənginliklərini paylaşmağa kömək etmək və moda təşəbbüslərinin inkişafına dəstək olmaq" niyyətində olduğunu ifadə edən Coli, müştərilərin köhnə paltarlarını təmir etmək və ya dəyişdirmək imkanına da sahib olacağını bildirib.

Aktrisa 2022-ci ilin dekabrında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsindən istefa verəcəyini və qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqələr quraraq “fərqli işləməyin” vaxtının gəldiyini söyləmişdi.  

Qeyd edək ki, 2001-ci ildə BMT çərçivəsində humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT-nin xoşməramlı səfiri vəzifəsinə təyin edilib.



Son Xəbərlər