Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanla Özbəkistan arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalandı


  • 0
Azərbaycanla Özbəkistan arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalandı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanla Özbəkistan arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalandı

Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Özbəkistan Kibertəhlükəsizlik sahəsində aidiyyəti Dövlət Qurumu arasında “Kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu” imzalanıb.

Xeberoxu.Az xəbər verir ki, Memorandumun məqsədi kibertəhlükəsizlik sahəsində ciddi insidentlər zamanı cavab tədbirləri hazırlamaq üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səyləri, texniki, maliyyə və insan resurslarından səmərəli istifadə etməsidir.

Əməkdaşlığın əhatə dairəsi kibertəhlükəsizlik təhdidləri, zərərli proqram təminatı və kibertəhlükəsizlik təhdidlərinin indikatorları haqqında məlumat mübadiləsinin aparılması, Kompüter İnsidentlərinə qarşı Mübarizə xidmətlərinin işində birgə tədbirlərin təşkili, fikir, məlumat və təcrübə mübadiləsi məqsədilə ikitərəfli görüşlər və digər tədbirlərin keçirilməsindən ibarətdir.

Son Xəbərlər