Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

DİQQƏT! "TikTok”da bu məlumatlar yanlışdır


  • 0
DİQQƏT! "TikTok”da bu məlumatlar yanlışdır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

DİQQƏT! "TikTok”da bu məlumatlar yanlışdır

Araşdırmalara görə, “TikTok”da qaraciyər xəstəliyi ilə bağlı hər 10 yazıdan 4-nün yalan məlumat olduğu üzə çıxıb.

Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, “TikTok”da dəbli pəhrizlər, detoks içkiləri və bitki mənşəli vasitələrlə bağlı iddiaların yalan olduğu aşkar edilib.

Mütəxəssislər 2022-ci il oktyabrın 1-dən noyabrın 25-dək TikTok-da “sirroz” və “qaraciyər xəstəliyi” ifadələrini ehtiva edən 2223 yazı tapıb.

Bu yazıların 40 faizində qeyri-dəqiq məlumatlar var. Bəzi yazılarda qaraciyər xəstəliyinin müxtəlif göbələklər, mal qaraciyəri yemək və ya parazitlərdən təmizlənmə ilə müalicə oluna biləcəyi barədə yalan iddialar var. Diaqnozun növündən asılı olaraq qaraciyər xəstəliyinin müalicəsi fərqlidir. Alkoqoldan imtina və ya arıqlamaq kimi həyat tərzi dəyişiklikləri bəzi qaraciyər problemlərini həll edə bilər.

Son Xəbərlər