Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ərdoğan-Zelenski danışıqlarını çox diqqətlə izləyəcəyik" - Kreml


  • 0
"Ərdoğan-Zelenski danışıqlarını çox diqqətlə izləyəcəyik" - Kreml
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ərdoğan-Zelenski danışıqlarını çox diqqətlə izləyəcəyik" - Kreml

Kreml səbirsizliklə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenski arasında iyulun 7-də İstanbulda keçiriləcək danışıqların nəticələrini gözləyir.

Xəbəroxu.Az  xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

"Əlbəttə, biz danışıqların nəticələrini çox diqqətlə izləyəcəyik, Ankara ilə konstruktiv, tərəfdaşlıq münasibətlərimizi davam etdirəcəyik. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk və Türkiyə tərəfdən qarşılıqlı münasibət hiss edirik. Ona görə də, əlbəttə ki, cənab Ərdoğan və cənab Zelenski arasında nələrin müzakirə olunacağını öyrənmək bizim üçün maraqlı olacaq", - Rusiya prezidentinin mətbuat katibi brifinqdə deyib. 

Son Xəbərlər