Fatih Terim prokurorluqda ifadə verdi - SƏBƏB
Baş məşqçi Fatih Terim İstanbul Prokurorluğunun bir bank rəhbərliyinə açılan cinayət işi çərçivəsində şikayətçi qismində ifadə verib.
Xəbəroxu.Az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbulda banklardan birinin şöbə müdirinin Fatih Terim və bir çox tanınmış şəxslər də daxil olmaqla, xeyli insanı aldatması işi üzrə cinayət işi açılıb.
Qeyd olunur ki, prokurorluğun qərarı ilə yaşadığı ünvanda saxlanılan, adı açıqlanmayan bankın filial müdiri S.E. ittiham olunaraq həbs edilib.
Gizli araşdırma çərçivəsində bir müddət əvvəl cinayət işində zərərçəkənlər arasında olan "Eyüpspor"un baş məşqçisi Arda Turanla "Başakşehir"in baş məşqçisi Emre Belözoğlunun da ifadə verdiyi bildirilib.
Fatih Terim də şikayətçi qismində İstanbul Ədliyyəsində istintaqa dəvət edilib və ifadə verib.