Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fransa Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırıb


  • 0
Fransa Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fransa Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırıb

Fransa ekoloji vəziyyətlə əlaqədar Avropa İttifaqını ucuz aviabiletlərdən imtina etməyə çağırır.

Xeberoxu.Az Xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Nəqliyyat Nazirliyində Avropa İttifaqı səlahiyyətlilərinə karbon qazı tullantılarını azaltmaq üçün minimal qiymətlər siyasətini yenidən nəzərdən keçirmək təklif olunacaq.

Nazir-nümayəndə Kleman Bonun sözlərinə görə, bununla da Paris “sosial və ekoloji dempinq ilə” mübarizə aparmaq niyyətindədir. O deyib ki, 10 avroluq ucuz aviabiletlər daha mümkün deyil.

Turizm sahəsində ekspert və “Trains for Europe” şirkətinin yaradıcısı Con Port bildirib ki, bu cür tədbirlər əhalinin müxtəlif təbəqələrinə qeyri-proporsional şəkildə təsir edəcək. Belə ki, imkanlı şəxslər müntəzəm olaraq təyyarə ilə uçmağa davam edəcək, azgəlirli sərnişinlər isə başqa bir ölkədə həftəsonundan imtina etmək məcburiyyətində qalacaqlar.

Son Xəbərlər