Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fransada ətirli Azərbaycan şamları


  • 0
Fransada ətirli Azərbaycan şamları
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fransada ətirli Azərbaycan şamları

Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olunub.

Xəbəroxu.Azxəbər verir ki, milli və müassir ətirləri ilə diqqətçəkən Mugham Parfume Evi yeni növ məhsulunu - ətirli şam kolleksiyasını təqdim edib. 

Fransanın Qras şəhərində eyniylə parfümlərdə olduğu kimi Humayun, Segah, Chahargah, Shur, Bayatı-Shiraz, Shushtar, Rast və  Karabakh Bouquet - 1752 adlı şamlar hazırlanıb. 

Şamların hər biri, çəkisi 180 qram olmaqla, brendin loqosu olan nəfis karton qablaşdırmadadır. Seçilən fransız sənətkarları tərəfindən yaradılan şamlar ən yüksək standartlara cavab verən sertifikatlaşdırılmış lüks üzvi maddələrdən ibarətdir. 

Ən önəmlisi isə Qarabağın özünəməxsus çiçək notları - ağac, müşk, vanil və digər şərq inqrediyentlərinin ahəngindən hazırlanıb. Ətirli şamlar 50 saata qədər yanaraq xoş atmosfer yaradır.

Son Xəbərlər