Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

FTX Krım rəhbərinə sui-qəsd cəhdinin qarşısını alıb


  • 0
FTX Krım rəhbərinə sui-qəsd cəhdinin qarşısını alıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

FTX Krım rəhbərinə sui-qəsd cəhdinin qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna diversantlarının Krımın rəhbəri Sergey Aksyonovun avtomobilinin partladılmasının qarşısını aldığını bildirib.

 Xəbəroxu.Az xəbər verir  ki, bu barədə "RİA Novosti" məlumat yayıb.  

Bildirilir ki, hücum cəhdi Ukraynanın xüsusi xidmət orqanları təşkil edib.  Rusiya təhlükəsizlik qüvvələri SBU tərəfindən işə götürülən 1988-ci il təvəllüdlü Rusiya vətəndaşını saxlayıb. FTX  bildirib ki, şəxs Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti, o cümlədən mina partlayıcıları üzrə təlim kursu keçib.

O, Aksyonovun avtomobilini partlatmaq niyyətində olub, lakin gizləndiyi yerdən partlayıcı qurğunun götürülməsi zamanı Rusiya xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.Hücum edən şəxsə qarşı terror aktına cəhd və qanunsuz olaraq partlayıcı qurğu saxlama maddələri ilə cinayət işi başlanıb. O, hazırda həbsdədir.

FTX-nın məlumatına görə, saxlanılan şəxs etiraf edib.

Son Xəbərlər