Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib


  • 0
Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Maqadan vilayətində quş qripi ilə bağlı karantin elan edilib

Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə yoluxmuş su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

 Xəbəroxu.Az “report”a istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.

Bundan əlavə, nazirlik region sakinlərinə quş ölüsü tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.

Eyni zamanda region sakinlərinin ev quşlarında xəstəliyin ilk əlamətləri və ya qeyri-normal davranışlar aşkar edildikdə dərhal nazirliyə müraciət etmələri tövsiyə olunub.

Son Xəbərlər