Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Niderland hökuməti istefa verdi - YENİLƏNİB


  • 0
Niderland hökuməti istefa verdi - YENİLƏNİB
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Niderland hökuməti istefa verdi - YENİLƏNİB

Niderlandın baş naziri Mark Rutte miqrant böhranına görə istefa verib. 

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 

Dörd partiyalı koalisiya hökumətinin liderləri immiqrasiya siyasəti ilə bağlı razılığa gəlmək ümidi ilə çərşənbə və cümə axşamı danışıqlar aparıblar. Danışıqlar nəticəsində Rutte bildirib ki, yanaşmalardakı fikir ayrılıqları səbəbindən kabinetlə birlikdə istefa verir.

Rutte ölkənin baş naziri olmaq rekorduna sahibdir (13 il). O və nazirləri yeni seçkilər keçirilənə qədər nazir səlahiyyətlərini icra edəcəklər. 

*** 

Niderlandın baş naziri Mark Rutte tezliklə Hollandiya kralı Villem-Aleksanderə hökumətin istefasını təqdim edəcək.

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə cümə günü Niderland Yayım Korporasiyası mənbələrə istinadən məlumat yayıb . Bu məlumatı sonradan Rutte özü də təsdiqləyib.

Telekanalın məlumatına görə, hazırkı nazirlər kabineti yeni parlament seçkilərinə və yeni hökumətin formalaşmasına qədər öz vəzifələrini icra etməyə davam edəcək. Partiyalardan biri olmadan azlıq koalisiyasının saxlanılması variantı nəzərdən keçirilmir.

Bundan əvvəl Niderland Yayım Korporasiyası mənbələrə istinadən bildirmişdi ki, Niderlandın hakim koalisiyasına daxil olan partiyalar sığınacaq axtaranların axınının azaldılması üzrə tədbirlər haqqında razılığa gələ bilməyiblər

Son Xəbərlər