Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nigeriyada "Boko Haram" terror təşkilatının 39 üzvü məhv edilib


  • 0
Nigeriyada "Boko Haram" terror təşkilatının 39 üzvü məhv edilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nigeriyada "Boko Haram" terror təşkilatının 39 üzvü məhv edilib

Son bir həftədə Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatına qarşı keçirilən əməliyyatlarda təşkilatın 39 üzvü öldürülüb.

Xeberoxu.Az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftə ərzində şimal-şərqdəki Adamava və Borno əyalətlərində Boko Harama qarşı əməliyyatlar keçirdiyini bildirib.

Buba əməliyyatda 39 terrorçunun zərərsizləşdirildiyini, çoxlu sayda təşkilat üzvünün isə yaralanaraq xilas olduğunu bildirib.

Əməliyyatlar zamanı terrorçular tərəfindən qaçırılan 34 nəfərin xilas edildiyini qeyd edən Buba, 159 terrorçunun ələ keçirildiyini, terrorçulara aid əhəmiyyətli miqdarda silah-sursatın ələ keçirildiyini vurğulayıb.

Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.

Son Xəbərlər