Gündəlik məzənnə

26 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedəcək


  • 0
Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedəcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının iclasında iştirak etmək məqsədilə ABŞ-yə səfər edəcək.

Xeberoxu.Az “Star” qəzetinə istinadən xəbər verir ki, səfərin 17-21 sentyabr tarixlərində həyata keçiriləcəyi nəzərdə tutulub.

Məlumata görə, Türkiyə Prezidenti Baş Assambleyada dünya liderləri qarşısında çıxış edəcək. Türkiyə liderinin islamofobiya, qaçqınların vəziyyəti, iqlim dəyişikliyi, Kipr problemi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və taxıl nəqli kimi mövzularda mühüm mesajlar verəcəyi gözlənilir.

Bundan əlavə, Türkiyə Prezidenti sentyabr ayında G20 liderlər zirvəsində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

Son Xəbərlər